Elman Rüstəmovun "Preimium Bank" əməliyyatı - 5 milyonluq kredit qalmaqalı ilə bağlı yeni detallar

Elman Rüstəmovun "Preimium Bank" əməliyyatı - 5 milyonluq kredit qalmaqalı ilə bağlı yeni detallarMərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun da adının hallandığı 5 milyonluq kredit qalmaqalı ilə bağlı məhkəmə gələn aydan davam etdiriləcək.

Qaynarinfo-ya xəbər verir ki, bir müddət əvvəl aylardır davam edən prosesə fasilə verilmişdi.

Bu arada Elman Rüstəmovun şəriki Azad Nağıyevin ölkə rəhbərliyinə məktubu üzə çıxıb. Nağıyev həmin məktubu azadlıqda olarkən yazıb və imzalayıb.

Məktubda 5 milyonluq qalmaqalın təfərrüatları açıqlanır. Bu barədə ötən yazımızda bəhs etmişik.

İndi isə qalmaqalın başqa detalları üzə çıxıb. Həmin detallar da Azad Nağıyevin məktubunda üzə çıxıb. Musavat.com-un yazdığına görə, məktubun növbəti hissəsindən məlum olur ki, Azad Nağıyev 2013-cü ildə Elman Rüstəmovun göstərişi ilə "Aqana Servis" şirkətinin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsini "Premium Bank"a girov qoymaqla 2 milyon 500 min manat kredit götürüb. Onun həbsi də məhz girov qoyulan qeyri-yaşayış sahəsi ilə bağlıdır.

"2010-cu ildə vətəndaş Nizami Kərimov "Aqana Servis" şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev o zaman Elman Rüstəmovun göstərişi ilə həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premium Bank" vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində, olduqca aşağı faizlə kredit götürüb", deyə məktubda qeyd edilir.

Azad Nağıyev bildirir ki, məhkəmədə də krediti o deyil, Elman Rüstəmovun göstirdüyünü deyib.

Aydın olur ki, Elman Rüstəmov "Premium Bank" Mərkəzi Bankdan 5,25 faizlə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25 faizlə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib. Girov olaraq isə vətəndaş Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsi qoyulub.

"Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması" göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat" amorfdur, Azərbaycan banklarında bu şəkildə kredit almaq qeyri-mümkündür. Bunun üçün Elman Rüstəmov kimi şərikə ehtiyac var", deyə məktubda bildirilir.

Kredit müddəti ərzində Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7 faizə, "Premium Bank" isə 4,7 faizə endirərək müddəti uzadıblar.

Vətəndaş Nizami Kərimov ona məxsus olan və Elman Rüstəmovla şəriklərinin tikinti şirkətindən alınmış qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulduğunu öyrəndikdən sonra məhkəməyə üz tutub.

Məhkəmə araşdırmaları zamanı əmlakın qanunsuz olaraq girov qoyulduğu təsdiqlənib. Məhkəmə Nizami Kərimova məxsus olan, qanunsuz olaraq mənimsənilmiş əmlakın digər şəxsin adından çıxarılması qərarı verib. Bununla belə, "Premium Bank"ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb.

Azad Nağıyevin sözlərindən belə anlaşılır ki, Elman Rüstəmov oyundan çıxaraq onu qurban verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 781   Tarix: 23 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr