Apteklər şəbəkəsinə sahib olan məşhur dərman şirkəti buna görə cərimələndi
"Sonar Farm" MMC gömrük qaydalarını pozduğuna görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, uzun illər Azərbaycanın dərman bazarında mövcud olan "Sonar Farm" MMC Bakıda, eyni zamanda bölgələrdə aptek və topdan satış sahəsində fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 562 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
Ötən gecə Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markal
12 sentyabrEyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?
Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma
11 sentyabrNikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə
10 sentyabr700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabr