Baba Rzayev 37 milyonluq iki tenderi bu şirkətə verdi
"Azərenerji" ATSC ötən həftə iki tenderinin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən qurum hər iki tenderi bir şirkətə verib.
Belə ki, həmin tenderlərdən biri "Təkəqaya" və "Ağçay" KSES-nin yenidən qurulması ilə bağlıdır. Bunun üçün "Azərenerji" 19.839.606,24 manat pul ayırıb.
İkinci tender isə "Çaykənd-2" KSES-in tikintisini əhatə edir. Bununla bağlı ATSC 16.763.385,11 manat xərcləməyi qərarlaşdırıb.
Qeyd edək ki, hər iki tenderin qalibi "BCC GROUP" Qapalı Səhmdar Cəmiyyətidir.
BCC Group şirkətinin rəsmi səhifəsində qeyd edilir ki, onlar energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) –podratçıdırlar. Şirkət 1997-ci ildən Azərbaycanda və regionda tikinti biznesi, həllərin optimallaşdırılması, öz müştərilərinə kompleks və əlavə xidmətlərin təqdim edilməsi ilə məşğuldur.
Bundan başqa, BCC Group 2020-ci ildə Dərnəgüləd istehsal gücü 800 ton olan yeni pöoladəritmə zavodu da açıb.
Həmçinin araşdırmalar zamanı o da məlum olub ki, iki il öncə "BCC Group" nizamnamə kapitalının 6 milyon 20 manat məbləğindən 41 milyon 20 manat məbləğə artırıb. Bunu hansı imkanlar hesabına etdiyi barədə bilgilər yoxdur. Məlum olan odur ki, "BCC Group" QSC-nin qanuni təmsilçisi Abbasov Teymur Rəhim oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 26, m 61-dir. Şirkətin faktiki ünvanı Bakı şəhəri, Nərimanov, rayonu Dərnəgül şossesi, 2098-də yerləşir.
Xatırladaq ki, bu, "Azərenerji" ilə BCC Group arasında ilk tender anlaşması deyil. Bundan öncə də, Mingəçevir İstilik Elektrik Stansiyası üzrə tikinti və təmir işlərini sözügedən şirkət həyata keçirib. Həmçinin Kür çayı üzərində sualtı bəndin tikintisi də bu layihələrdən biri olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1376 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr