"Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər" - Differensial nəqliyyat

"Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər" - Differensial nəqliyyat"Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir – Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayır".

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli paylaşım edib. Ekspert bildirib ki, rəsmi məlumata görə, şəhərlərarası qatar biletlərində öncədən alanda 15% endirim, bank kartı ilə bilet əldə edəndə əlavə daha 3% "cash back" tədbiq ediləcək. Bundan başqa, qatarlara satılan biletlərin sayı az olanda, gün ərzində əlavə qiymət endirimləri olacaq.

N.Cəfərli deyir ki, uzun illərdir ki, biz nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik:

"Avtobus və metroda gediş haqqının çevik və differensianal olması lazımdır. Bizdə, nədənsə, avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Qiymət birdəfəlik istifadə üçün müəyyənləşdirilir. Bu, çox geridəqalmış, mənasız, hətta ziyanlı yanaşmadır".

Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində saatlıq (gün ərzində bir neçə saatlıq da olur), bir neçə günlük, aylıq, 6 aylıq və illik biletlər mövcuddur:

"Birdəfəlik gediş biletləri tədbiq edilmir və nə qədər uzun zamanlı bilet alırsansa, gediş üçün bir o qədər az ödəyirsən. Məsələn, Praqada yerüstü şəhəriçi nəqliyyatın bütün növlərindən istifadə üçün 1 saatlıq bilet qiyməti, təxminən, 1 avrodan bir az çoxdur (təqribən, 1 manat 90 qəpik), yəni 1 saat ərzində sərnişin metro, avtobus, tramvaydan bir neçə dəfə istifadə edə bilər. Amma siz 1 aylıq bütün növ nəqliyyatdan istifadə üçün bilet alsanız 22 avro ödəmiş olacaqsınız (təqribən, 42 manat), əgər 1 illik bilet almaq istəsəniz 145 avro ödəmək lazımdır (təqribən, 275 mant). Yəni, Azərbaycana proyeksiya etsək, gündə 3-4 dəfə nəqliyyatdan istifadə etməyə məcbur olan Bakı sakini, 1 illik bileti günü 75 qəpiyə alacaq ki, bu da bir gedişi 18 qəpik edəcək".

N.Cəfərli vurğulayıb ki, bu, o demək deyil ki, bizdə də bilet 275 manat olmalıdır, xeyr:

"Praqa sakininin orta aylıq maaşı Bakı sakininin orta aylıq maaşından 2-3 dəfə çoxdur. Bizdə illik bilet 160-170 manat olmalıdır ki, bu da günü 45 qəpiyə, gündə 3 dəfə nəqliyyatdan istifadə etsə, bir gediş haqqı 15 qəpiyə düşəcək. Onu da deyim ki, Praqada 0-6 yaş arası uşaqlara nəqliyyat pulsuzdur, 6-18 yaş arası, tələbələr və təqaüdçülər üçün isə yuxarıda yazdığım qiymətlərə 50% endirim olur".

"İllərdir dinamik qiymət təklifi ilə çıxış etsək də, metro-avtobus sahəsini idarə edənlər eşitmirlər, görmürlər, tədbiq etmirlər. Ümid edək ki, Dəmir Yollarının tədbiq etdiyi yeni yanaşmadan onlar da dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 15470   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr