Azərbaycanda narkotik vasitələrin yayılmasının səbəbkarı İran və Ermənistandır - AÇIQLAMA

Azərbaycanda narkotik vasitələrin yayılmasının səbəbkarı İran və Ermənistandır - AÇIQLAMAXəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, pisixotrop maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb.

Azərbaycandaa narkotik vasitələrin yayılma səbəbi nə ilə bağlıdır? Narkotik maddələr İrandan Azərbaycana məqsədli şəkildəmi gətirilir? Bu narkotik vasitələrin Azərbaycana gətirilməsində Ermənistan tərəfinin əli varmı?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, polis cinayətkarlar ilə bağlı öz fəaliyyətlərini həyata keçirən zaman ilk növbədə insan hüquqları və azadlıqları müdafiəsi sahəsində öz vəzifəsini icra edir:

"Məqsəd ictimai asayişin və təhlükəsizliyin təmin edilməsidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi hər zaman gündəm olan məsələlərdən biridir. Eskalasiyası böyüməkdə davam edir. Bəzən bu cəmiyyətdə birmənalı qarşılanmır ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərdə artım müşahidə edilir. Narkotik vasitələrin dövriyyəsi ilə bağlı faktlar var. Bunun qarşısının alınması istiqamətində peşəkar tədbirlər həyata keçirildiyindən sübut aşklar olunub. Təbii ki keçirilən əməliyyatlar nəticəsində insanlar saxlanılır. 2020-ci ilə qədər Azərbaycanın işğal altında olan əraziləri ermənilər və onlar ilə əməkdaşlıq edən İran İslam Respublikası üçün bu sahədə geniş bir poliqona çevrilmişdi. Bu həm insan alveri ilə bağlı cinayətləri, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı görülən işləri sərbəst şəkildə həyata keçirirdilər. Çünki Azərbaycan dövləti o zaman ərazilərə nəzarət edə bilmirdi".

Şəmsəddin Əliyevin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər nəticəsində həm Ermənistan, həm də İran tərəfi yararlanır. Ermənistan bununla terrorçu qruplaşmaları maliyyələşdirir. Həmin qruplaşmalara ASALA, Hizbullah aiddir:

"Bütün bunlar son zaman bəlli olur ki, dinc əhaliyə qarşı yönələn atılan addımlardır. Fakt olaraq Azərbaycan çox möhkəm iradə nümayiş etdirdi. Azərbaycan xalqı inanırdı ki, nə vaxtsa torpaqlarımız azad ediləcək. Torpaqlarımız işğaldan azad olundu. Ermənilərin yaratdığı dəhliz artıq daralıb. Azərbaycan dövləti Qarabağa nəzarət edir. Orada İran tərəfindən hər hansı bir qaçaqmalçılıq halları olsa da, bu əməllərin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınır. Bütün bunlara baxmayaraq İrandan hələ də Azərbaycana qarşı ərazidən qanunsuz yolla narkotik vasitələrin keçirilmə halları var. Bu məqsədli şəkildə həyata keçirilir. Məqsəd sərhəd bölgəsinə yaxın insanların genini məhv etməkdir. Düşünürəm ki, burada əli olan təkcə Ermənistan və İran deyil. Başqa dövlətlərində burada əli ola bilər. Azərbaycanın daxili siyasətinə və diplomatiyasına qənim kəsilən dövlətlər var. Onlar qarşıda gələn COP29 tədbirini əngəlləmək üçün hər yola əl atırlar. Mən düşünürəm ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əli olan dövlətlər Fransa, Ermənistan, İran və Hindistandır. Bu dövlətlərin ən böyük arzusu ölkəmizdə daxili sabitliyi pozmaqdır. DİN-in bu sahədə gördüyü işlər danılmazdır. Heç kimə zərrə qədər bu sahədə güzəşt edilməyəcək. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dinamikada aşkar edilən cinayətlərin sayı artmaqda davam edir. Bu o deməkdir ki, Azərbaycana narkotik vasitələrin qanunsuz yolla gətirilməsinin dövlətlərin əli var".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1369   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr