Ev işlərinə görə qadınlara əmək stajı VERİLƏ BİLƏRMİ? - AÇIQLAMA
Ölkəmizdə evdar xanımların sayı az deyil. Evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar ev işləri ilə məşğul olur, uşaqlarını böyüdürlər. Xüsusilə kənd yerlərində yaşayan evdar qadınlar işi daha ağırdır. Evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir.
Evdar xanımların rəsmi iş yeri olmadığından əmək pensiyasından yararlana bilmirlər. 64 yaşı tamam olanda evdar xanımlara yaşa görə pensiya təyin olunur. Bu baxımdan evdar xanımların maddi-sosial təminatlarının yaxılaşdırılması üçün onlara ayrıca pensiya təyin oluna bilərmi? Evdar qadınlar evdə işlədikləri üçün bu onlara əmək stajı kimi sayıla bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova deyib ki, , evdar qadınlar evdə işlədikləri üçün bu, onlara əmək stajı sayıla bilməz. Çünki gündəlik ev işləri ilə həm evdar, həm də işləyən qadınlar məşğul olur.
"Kənd yerlərində evdar qadınlar əkin əkir, çörək bişirir, şəhər yerlərində evdar qadınlar isə bazara gedir, uşaqları baxçaya, məktəbə aparıb-gətirir. Ümumi işlər isə həm kənd, həm də şəhərdə yaşayan evdar qadınlar üçün eynidir. Məsələ buradadır ki, sadalanan işləri işləyən qadınlar da görür. Yəni kənddə yaşayan işləyən qadın həm də əkin əkir, çörək bişirir. Şəhərdə yaşayan işləyən qadın isə vaxt tapıb bazara gedir, market alış-verişlərini edir. Səhər evdən tez çıxıb uşaqları baxçaya, məktəbə qoyur, axşamçağı işdən çıxıb qaçaqaçla uşaqları götürür. Gündəlik ümumi işlər isə, yenə də kənddə də, şəhərdə də eynidir".
Sosioloqun sözlərinə görə, işləyən qadının vəziyyəti evdar qadının vəziyyətindən çox ağır olur:
"Bu nöqteyi-nəzərdən də evdar qadınlara ev işləri üçün staj verilə bilməz. Bu, işləyən qadınların haqqının tapdalanması olar. Ən yaxşı hal bu ola bilər ki, yeni formalaşmış parlament qadınların pensiya yaşı ilə əlaqədar məsələ qaldırsın. Və onların pensiya yaşı xeyli azaldılsın. Bu həm evdar, həm də işləyən qadınların xeyrinə olar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1368 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr