Ərini sevgilisinə öldürtdürən qadın saxlanıldı

Ərini sevgilisinə öldürtdürən qadın saxlanıldıTekirdağın Kapaklı rayonunda evində ölü tapılan Şerafettin Sezerin (48) qətl qurbanı olduğu məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Sezər yatarkən həyat yoldaşının sevgilisi onu mobil telefonun şarj kabeli ilə boğaraq öldürüb. Daha sonra elektrik kabelini onun boğazına dolayaraq hadisəni intihara oxşatmağa çalışıb.

Hadisə ötən gün Kapaklının Bahçelievler məhəlləsi Uğur Mumcu küçəsində baş verib. Z.S. polisə həyat yoldaşı Şərafəddin Sezerin intihar etdiyini bildirib. Ünvana gedən polis Şərafəddin Sezeri yataq otağında boğazına elektrik kabeli dolanmış halda ölü tapıb. Sezərin meyiti tibbi ekspertizaya aparılıb.

Ölümü şübhəli hesab edən polis geniş araşdırma başladıb.

Polis həyat yoldaşının intihar etdiyini bildirən Z.S.-nin ifadəsini alıb. O ifadəsində axşam evə qayıdanda ərini yataq otağında ölü tapdığını bildirib. Z.S.-nin ziddiyyətli ifadələrindən sonra polis qadının mobil telefonuna baxış keçirib. Bu zaman Z.S -nin hadisə baş verən gün tekstil fabrikində işləyən U.G. ilə tez-tez danışdığı müəyyən edilib. Bundan sonra Z.S. və U.G saxlanılıb.

U.G polis bölməsində dindirilib. Dindirilmə zamanı Şerafettin Sezerin qətlin qurbanı olduğu müəyyənləşib. Belə ki, U.G bir müddətdir Z.S. ilə münasibətdə olduğunu etiraf edib. Buna görə də onlar Şərafəddin Sezəri öldürmək üçün plan hazırlayıblar.

Axşam saatlarında işdən evə gələn cütlüyün 21 yaşlı qızı H.S. atasının meyitini çarpayıda görüb və vəziyyəti anasına çatdırıb. Z.S-nin həyat yoldaşının intihar etdiyini deyib və polisə məlumat verib.

Polis bölməsində dindirilmələri başa çatan Z.S. və U.G.-nin bu gün Çerkezköy səmtindəki ədliyyəyə sövq edilməsi gözlənilir.

Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1920   Tarix: 26 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021