Xətaidə baş verən güclü yanğın tam söndürüldü

Xətaidə baş verən güclü yanğın tam söndürüldüBakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın, mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

15:49

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd bildirib.

Onun sözlərinə görə, qadın cinsli həmin şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

"Xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır".

15:47

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
15:44

"Saat 13:32-də Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya sexində yanğın hadisəsi baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

"Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin eləcə də Xüsusi Xilas etmə Xidmətinin qüvvələri cəlb olunub. 4 dəqiqə ərzində qüvvələr hadisə yerinə çatıb və yanğının söndürülməsinə müdaxilə edib.

Təxminən 3 500 kvadratmetr ərazidə yerləşən boya sexinin bota çənləri, qatqı materialları, eyni zamanda plastik qablarda yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə qısa bir zamanda nail olunub. Yanğının tam söndürülmə işləri tamamlanır", - deyə T.Babayev vurğulayıb.

15:34
"Dövlət Yanğından Mühafizə Xidmətinin 12 yanğınsöndürmə avtomobili yanğın yerinə cəlb olunub. Hazırda yanğının tam söndürülməsi işləri davam edir".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
Xətaidə baş verən güclü yanğın tam söndürüldü14:54
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Oxu.Az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:45
"Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparırlar".

Bunu Oxu.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

14:27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Baku TV hadisə yerindən canlı bağlantıya qoşulub:

Xətaidə baş verən güclü yanğın tam söndürüldüXətaidə baş verən güclü yanğın tam söndürüldü14:17

"Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub".

Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb edilib.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
14:09

"Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, təxliyə televiziyanın yaxınlığındakı boya sexində partlayış təhlükəsi riskinə görə həyata keçirilir.

14:01

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən hazırda 8 Noyabr prospektindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Oxu.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi ilə birlikdə tədbirlər görülür.
13:56
"Yanğın Xəzər TV-nin arxasındakı ərazidə baş verib".

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildiriblər.

"Yanan obyektin nə olduğu barədə dəqiq məlumatımız yoxdur. Hazırda ərazidə yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək", - deyə açıqlamada bildirilir.
13:51
Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Oxu.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
Xətaidə baş verən güclü yanğın tam söndürüldü13:48
Bakıda yanğın hadisəsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonu, NZS qəsəbəsində qeydə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4829   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17 oktyabr