Şirvanda avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.
"Sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1088 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəstəxananın bağçasında 2 gün yatan yeniyetmə vəfat edib - VİDEO
İstanbulun Esenyurt rayonunda yolu keçmək istəyərkən motosikletin vurduğu Suriya vətəndaşı Beşşar Al Tawıl qəza nəticəsində yaralanıb. Xəstəxanada ilkin müalicədən sonra evə buraxılan şəxsi yaxınları iki gün sonra xəstəxananın həyətində huşsuz vəziyyətdə tapıb. Başqa xəstəxanaya yerləşdirilən Al Tawı
19 avqustGoranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada
21 avqust8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə
25 avqustXətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman "Chevrolet" markalı
30 avqustSərxoş müştəri evinə sifariş gətirən kuryerdən görün nə istədi - VİDEO
Sərxoş olduğu bildirilən rus müştərinin kuryerdən istədiyi qeyri-adi xidmət diqqət çəkib. Müştəri qapısına gələn kuryerdən itini gəzintiyə çıxarmasını istəyib. xarici mediaya istinadla xəbər verir ki, kuryer müştərinin iş öhdəliklərinə daxil olmayan bu xahişi geri çevirməyib. İtin xaltasını götürərə
26 avqustQonşu davası qanlı bitdi
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi
26 avqustNövbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu
22 avqust