Nazirlik tender keçirmədən 9 ədəd xalça alır - Biri 22 min manatdan
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC fiziki şəxs Əliyev Namiq Nadir oğlu (VÖEN – 1703815952) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
"Əsaslı Tikinti və Təchizat" MMC Azərbaycan Milli Xalça Muzeyinin "Xovlu-xovsuz xalça" kolleksiyasının zənginləşdirilməsi məqsədilə Namiq Əliyevdən bir ədəd xovsuz, səkkiz ədəd xovlu xalça satın alacaq və qarşılığında 195 min manat ödəyəcək. Məlumatlardan da göründyü kimi 1 ədəd xalça 21,6 min manata satın alınacaq.
Qeyd edək ki, satınalmanın hansı səbəbdən müsabiqə keçirilmədən bir mənbədən satınalma metodu əsasında həyata keçirildiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, xovlu və xovsuz xalçaların satın alınmasının yuxarıda göstərilən hallardan hansına aid edildiyi aydın deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1477 Tarix: 02 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr