"Biz öz resurslarımıza əsaslanaraq güclü və müstəqil bir iqtisadiyyat yaratmışıq" - DEPUTAT
"Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf müsbət dinamika ilə davam etmiş, nəticədə iqtisadi artım 4,3 faiz təşkil etmişdir. Hərbi potensialın artırılması və işğaldan azad olmuş ərazilərin bərpa, quruculuq işlərinin böyük həcmdə xərc tələb etməsinə baxmayaraq, Azərbaycan əhalisinin sosial rifah halının yaxşılaşdırılması üçün də növbəti il bir sıra yeniliklər gözlənilir".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki,prezident öz çıxışında gələn il minimum əmək haqqının və pensiyaların artırılması mesajını verdi:
"2023-cü ilin yanvar ayında minimum əmək haqqı 15% artırılaraq artırılaraq 345 manat olmuşdu, minimum pensiyanın məbləği isə 16,7 faiz artırılmış, artım 100 minədək pensiyaçını əhatə etmişdi. Növbəti il üçün yeni sosial irəliləyişlər ölkə əhalisinin rifahına xidmət göstərəcək.
Dövlət tərəfindən aparılan sosial islahatlar nəticəsində son illərdə əhalinin rifah halı yaxşılaşdırılmış, bu yöndə keyfiyyətli və əlçatan tibbi xidmətlər də vətəndaşlarımız üçün təmin edilmişdir. Belə ki, icbari tibbi sığorta sistemi çərçivəsində 3315 tibbi xidmət xidmətlər zərfinə daxil edilmişdir. Bu xüsusda ən bahalı müayinələr, cərrahi əməliyyatlar belə əhali üçün ödənişsiz və ixtisaslı həkimlər tərəfindən, müasir və infrastrukturlu xəstəxanalarda həyata keçirilmişdir. Tibbi xidmətlərin keyfiyyətinin ildən-ilə artırılması davam edir. İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır.
Azərbaycanın iqtisadi inkişaf modeli artıq dünya miqyasında öz təsdiqini tapıb. Biz öz resurslarımıza əsaslanaraq güclü və müstəqil bir iqtisadiyyat yaratmışıq və heç bir xarici asılılığımız yoxdur. İqtisadi müstəqillik bizə beynəlxalq səviyyədə geniş imkanlar verir ki, Azərbaycan müstəqil xarici siyasətini uğurla həyata keçirə bilsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 959 Tarix: 03 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr