Bakıda yerləşən məktəblə bağlı İDDİA: Xüsusi məktəb "bazar"a çevrilib?

Bakıda yerləşən məktəblə bağlı İDDİA: Xüsusi məktəb "bazar"a çevrilib?Bakı şəhərində yerləşən 3 saylı xüsusi təhsil məktəbi - buraya "xüsusi" statusu boşuna verilməyib. Məktəbdə fiziki məhdudiyyətli uşaqlar təhsil alırlar. Üstəlik, məktəbə gedə bilməyən, evdə təhsil alan fiziki məhdudiyyətli uşaqlara da bu təhsil müəssisəsi tərəfindən müəllimlər təhkim olunur. Yəni məktəbin missiyası olduqca stratejidir: fiziki məhdudiyyətli uşaqların yüksək səviyyədə təhsil alması və onların gələcəkdə cəmiyyətə adaptasiya olunması. Dövlət də bunun üçün kifayət qədər vəsait ayırır. Amma bu vəsait təyinatı üzrə xərclənirmi?

Sonxeber.az xəbər verir ki, publika.az-ın məlumatına görə, məktəbin direktoru Nüşabə Məmmədova "xüsusi məktəbi" "xüsusi bazar"a çevirib. Bu təhsil müəssisəsində fiziki məhdudiyyətli uşaqlar sözün əsl mənasında direktor tərəfindən satılır.

Məktəbdə müəllimlərə dərslər rüşvətlə verilir.

Ev şəraitində təhsil alan uşaqlar isə müəllimlərə satılır. Belə ki, direktor hansı müəllimə ev təhsili verirsə, 2-3 ayın pulunu alır.

Daha bir tükürpədici məqam odur ki, direktor bəzi valideynlərlə əlbir olaraq, uşaqlar üçün müəllim ayırmır. Daha doğrusu ayırır, amma o müəllim uşağa dərs demir. Direktor valideynlərə müəyyən məbləğ verir və onlar müəllimin evə gəlib dərs deməməsi ilə razılaşırlar. Bu dərslər isə ayrı-ayrı müəllimlərin adına yazılır və təbii ki, məvacib də onların maaş kartına köçürülür.

Bundan sonra həmin müəllimlər o vəsaiti direktora çatdırırlar.

Ötən tədris ilində direktorun bu hərəkətinə etiraz edən müəllimlər olub. Onlar maaş kartlarına əlavə vəsaitin yüklənməsini istəməyiblər. Nüşabə Məmmədova yeni tədris ilində etirazçılardan qurtulmaq üçün onlara dərs verməyib. Hərəsinə bir bəhanə gətirərək, məktəbdən uzaqlaşdırıb. Bir sözlə, fiziki məhdudiyyətli uşaqların gələcək taleyi direktorun bazarlığına qurban verilir.

3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Məmmədova məsələ ilə bağlı bildirib ki, şikayət edənlər yəqin ki, bağlanan - yəni 219 nömrəli məktəbin müəllimləridir:

"Həmin məktəbin müəllimləri keçən il bizdə əvəzçi müəllim kimi işləyirdilər. Bu il onların uşaqları getdilər, təzə uşaqlar da bizdə olmadığına görə, biz onları yenidən işlə təmin edə bilmədik. Yəqin ki, onlardır şikayət edənlər. Mən öz müəllimimi təmin etməmiş onları necə işə götürə bilərəm?

Mən bilmirəm ki, bu, yüz faiz onların işidir. Hər kimdirsə, bizə şər atmağa çalışır. Mən də yüz söz deyə bilərəm. Bəli, elə valideynlər var ki, müəllimdən pul tələb edir. Deyir mənim övladıma təhsil vermək üçün bizə gəlmə, əvəzində isə mənə filan qədər pul ver. Həmin müəllimlər gəlib deyir ki, mən bir də o qapıya getmək istəmirəm. Bizə valideynlər deyir ki, sizə 500-1000 manat pul verilir. O pulu bizə verin və bizim qapıya gəlməyin. Birincisi, biz o qədər pul almırıq, ikincisi də mənim o pula ehtiyacım var ki, gedib dərs deyirəm. Mən neçə dəfə həmin valideynləri çağırıb danlamışam. Demişəm ki, tutaq ki, hansısa bir müəllim sizinlə razılaşdı. Sizdə pulunuzu alıb qoydunuz cibinizə. Bəs sizin uşaqlarınızın gələcəyi? Onları heç fikirləşmirsiniz, heç öz övladınıza yazığınz gəlmir? Həmin uşaqlar bir yerdə azıb qalanda heç nə oxuya bilməyəcəklər ki, ən azından gəlib evlərini tapa bilsinlər".

Direktor valideynlərlə özünün "bazarlıq" etməsi ittihamını qəbul etməyib:

"Hər kəs ayrılan pulunu özü alır. Gəlin belə danışaq. Tutaq ki, sizə pul ayrılıb və siz də gedib dərsinizi keçmisiniz. Siz həmin pulu gətirib mənə verərsiniz? Əlbəttə yox. İnanın ki, belə bir söhbəti mən ilk dəfə sizdən eşidirəm. Necə yəni müəllim dərsini keçməsin və buna görə pulunu gətirib mənə versin? Əgər hər hansı bir valideyn göndərdiyimiz müəllimdən imtina edirsə, həmin müəllimi çağırıb onu məlumatlandırıram və bildirirəm ki, get, başqa uşaq olanda gələrsən. Əvəzində həmin evə başqa müəllim yönləndirirəm. Müəllim də gedib dərsini deyirsə, o niyə gətirib pulunu mənə verməlidir?"

Direktorun da açıqlamasından görünür ki, bu məsəldə "bazarlıq" var. Amma Nüşabə xanım bu işdə günahı valideynlərin üzərinə atdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1301   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr