"Pilot 16"nın COP29-a "töhfə"si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar (FOTO)

"Pilot 16"nın COP29-a "töhfə"si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar (FOTO)Bakıda BMT-nin İqlim dəyişikliyi konfransı COP-29-un keçirilməsinə sayılı günlər qalır. Noyabrda paytaxta azı 80 min qonaq gələcəyi gözlənilir. İqlim dəyişikliyi ilə bağlı toplaşan hökumət başçıları, prezidentlər, ekoloqlar, bu sahə üzrə vətəndaş cəmiyyəti üzvləri qlobal problemi müzakirə edəcəklər. Lakin COP 29 keçiriləcək şəhərdə iqlimə, ekologiyaya, təbiətə zərər vuranlar da az deyil.

Onlardan biri Bakının Nəsimi rayonunun Novruzov qardaşları və Cəlil Məmmədquluzadə küçələrində "Elevan Park" yaşayış kompleksi inşa edən qalmaqallı "Pilot 16" MMC-dir.

Bu barədə Editor.az ərazidə yaşayan sakinlər məlumat verib. Yerli sakinlərin sözlərinə görə, şirkətin insanların faktiki yaşadığı evlərin bir neçə metrliyində apardığı ağır tikinti, betonlama, katlavan işlərinin ətrafa vurduğu ekoloji zərər insanların birbaşa sağlamlığına mənfi təsir edir. Tikinti, betonlama və katlavan qazma işləri zamanı havaya qalxan dəhşətli toz-tozanaq, ümumən çirkli hava insanların nəfəsliyinə, ciyərlərinə gedir. Sakinlər bildirirlər ki, "Pilot 16" ucbatından olan illərdir ki, dəhşətli natəmiz hava udurlar. Bu da ciddi xəstəliklərin törəməsi təhlükəsi yaradır. Xüsusən də astma, ağciyər və digər tənəffüs xəstəlikləri olanlar və körpələr üçün ciddi təhdid mənbəyi sayılır.

Bundan başqa şirkətin sökdüyü evlərin ərazisi tam bir xarabalığı və zibilliyi xatırladır. Üfunət iyindən və zibillikdən ərazidən keçmək mümkün deyil. Sakinlər qeyd edir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, şirkət öz qanunsuz əməllərinə davam edir.
Ətraflı

Sakinlər bildirirlər ki, şirkətin texnikalarının ehtiyatsız fəaliyyəti üzündən dəfələrlə ərazidə qaz, işıq, su, telefon və digər infrastruktur xətləri sıradan çıxıb. Bununla həm insanların normal xidmət almaq hüquqları pozulub, həm də dövlətə məxsus infrastruktura ciddi ziyan dəyib. Bundan başqa şirkətin texnikalarının dağıtdığı qaz xətti günlərlə ətrafa sızma verərək, insanların həyatı üçün ciddi təhlükə yaradıb.

Bundan başqa şirkətin fəaliyyəti nəticəsində sakinlərin və avtomobillərin istifadəsinə olan yollar tamamilə sıradan çıxıb, istifadəyə yararsız hala düşüb. Şirkətin intensiv yolun bir hissəsini qazaraq, tikinti işləri aparması maşınlar üçün əsl təhlükə və qəza mənbəyidir.

Sakinlər Ekologiya və Təbii sərvətlər nazirliyi və Bakı şəhər İcra Hakimiyyətindən ərazidə yaranmış dəhşətli və biabırçı vəziyyəti nəzarətə götürməyi xahiş edir: "COP 29 tədbirinin keçiriləcəyi şəhərimizə belə vəziyyət yaraşmır".

Qeyd edək ki, "Pilot 16" MMC-nin rəsmi direktoru Aslan Quliyevdir. Lakin mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin əsl sahibi keçmiş oliqarx-deputat Əsabil Qasımov və onun ailə üzvləridir.
"Pilot 16"nın COP29-a "töhfə"si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar (FOTO)"Pilot 16"nın COP29-a "töhfə"si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar (FOTO)"Pilot 16"nın COP29-a "töhfə"si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1210   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr