Qızlara oğlan rəqsi öyrədənlər... - "Bu, avara tiplidir"

Qızlara oğlan rəqsi öyrədənlər... - "Bu, avara tiplidir"Son zamanlar uşaqların, xüsusilə azyaşlı qızların sosial şəbəkələrdə yayılan rəqs videoları birmənalı qarşılanmır.

"Qafqazinfo" xəbər verir ki, baxış sayı rəqabətinə girən həmin videolarda azyaşlılar bayağı mahnıların sədaları altında rəqs etdirilir, onlara alqış da çalınır. Hətta valideynləri, müəllimləri tərəfindən tanıdılmış bəzi uşaqlar artıq toy məclislərinə də dəvət alır, orada oynamaqla yanaşı, mahnı da ifa edirlər.

Sözügedən videoların üstünə isə əlaqə nömrələri, ünvanlar qeyd edilir. Qısası, uşaqlar istismar edilərək onlardan reklam məqsədilə istifadə olunur.

Sosial şəbəkələrdəki müzakirələrdə də əsas tənqid hədəfi təbii olaraq valideynlər və müəllimlərdir. Ana-atanın övladına rəqs bacarığı aşılamaq istəyi çox normaldır. Amma məsələ burasındadır ki, bu çarpaz, qeyri-estetik ayaq hərəkətləri rəqs deyil.

Əslində uşaqlara standart hərəkətləri öyrədən şəxslərə müəllim də demək olmaz. Heç bir yaradıcı yanaşması olmayan həvəskarlar eyni jestləri cins, yaş, status fərqi olmadan hər kəsə öyrədirlər. Peşəkar rəqqaslar da bu məsələyə reaksiya verir, milli rəqslərimizin unudulmasından qorxurlar.

Sözügedən görüntülər:

Tanınmış rəqqas, şəxsi rəqs ansamblını yaratmış İlham Kərimlinin də mövzu ilə bağlı fikirlərini öyrəndik. O, saytımıza açıqlamasında bildirib ki, bu cür ritmik hərəkətlər musiqi folklorunda olsa da, qız uşaqlarına belə rəqsi öyrətmək düzgün deyil: "Bu tip rəqslər tez-tez qarşıma çıxır. Həmin uşaqların rəqsinə baxanda görünür ki, onların çox gözəl musiqi duyumu, rəqs, qabiliyyəti var.

Bir tərəfdən düşünəndə əslində müsbət cəhətdir. Amma digər tərəfini fikirləşmirik. Biz özümüz də uşaqlarla işləyirik, hamısı bacarıqlıdır. Sadəcə olaraq həmin yayılan videolardakı uşaqlara, xüsusilə qız övladlarına düzgün istiqamət verilməyib".

Peşəkar rəqqasın sözlərinə görə, bu məsələdə əsas yük valideynlərin və müəllimlərin üzərinə düşür: "Deyək ki, valideyn bilmir, onu qınamırıq. Bəs, müəllim? Axı öyrədən bunu bilməlidir ki, uşaqlara düzgün istiqamət verilməlidir. Bir sözlə, uşağa uşaq, yəni qıza qız rəqsi öyrədilməlidir. Nəinki uşaqlar, bəzi xanımlar da var ki, məclislərdə şıdırğı gedirlər. Təbii ki, onların bu cür ritmləri bacarması gözəldir. Gələcəkdə bəlkə də rəqs müəllimi olacaqlar, ancaq bunun üçün də təhsil və dünyagörüşü lazımdır. Təhsilsiz rəqs, sadəcə, avara tipli rəqsdir. Bir müddət sonra valideyn də dərk etməlidir ki, övladı gözəl rəqs öyrədən müəllimə həvalə olunmalıdır.

Uşaqlara öyrədilən bu hərəkətlər milli folklorda var. Lakin bu, qadına xas olan hərəkətlər deyil, həm də bu cür fərqli formada. "Ağ çiçəyim", "İnnabı" "Tərəkəmə" rəqsləri bu uşaqlara daha çox yaraşar.

Fotoda: İlham Kərimli
Qızlara oğlan rəqsi öyrədənlər... - "Bu, avara tiplidir"Rəqqas onu da qeyd edib ki, sözügedən ritmik hərəkətləri eyniyaşlı oğlan uşaqlarının bilməsi müsbət haldır: "Bunu bilən uşaq milli rəqsləri də düzgün şəkildə oynayacaq. Ancaq bu dərəcədə təbliği heç düzgün deyil, hələ verilişlərdə bunun ön plana çıxması olduqca yanlışdır. Rəqsimiz, kökümüz itməməlidir. Digər xalqlar bizim milli rəqslərimizi götürürlər. Biz təbliğ etməliyik, bilsinlər ki, bu, Azərbaycan rəqsləridir. Rəqs təhsilinin olması mütləqdir. Valideynlər bunun üçün düzgün seçim etməlidirlər. Heç bir halda belə rəqslər xoş görünmür, hələ bunun cəmiyyətə təqdim edilməsi olduqca yanlışdır.

Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova isə bizimlə söhbətində bu cür rəqslərin öyrədilməsinin reklama hesablandığını deyir: "Bizim gələcəyimizi, gözəl rəqslərimizi belə ifa etmək olmaz. Bu, oğlan hərəkətidir və səhnə ilə əlaqəsi yoxdur. Xanımlar xanım kimi olmalıdır.

Biz bununla mübarizə aparırıq. Xoreoqrafiya Akademiyasında müəllimlər peşəkar şəkildə iş aparır. Özfəaliyyət zamanı tərbiyəçilərlə balaca uşaqlara mədəniyyətimizi təbliğ etməklə bağlı müzakirələrimiz olur. Bu hərəkətləri haradan götürüblər? Baş açmaq olmur.

Fotoda: Təranə Muradova
Qızlara oğlan rəqsi öyrədənlər... - "Bu, avara tiplidir"Xalq artisti belə rəqsi heç kişilərin də oynamadığını bildirib: "Onlar əsl bəy kimi rəqs edirlər. Belə hallar adət-ənənələrimizin itirilməsidir. Qızlar oğlanlar kimi, oğlanlar da qızlar kimi oynayır. Rəqsimiz inkişaf edir, demirəm ki, müasir rəqs oynamaq olmaz. Müasirlik də lazımdır, hətta, milli rəqsi sintez etmək də olar. Ancaq bu, toyxanadır.

Akademiyada oxuyanlara belə rəqslərə qətiyyən icazə vermirik. Bunun üçün xüsusi tərbiyə keçirilir. Dərs deyən müəllimlərə də dəfələrlə müraciət edirik ki, diplomsuz olmaz, bunun üçün özfəaliyyət lazımdır. Həmin müəllimlər gəlib akademiya, məktəb oxumalıdırlar.

Onlar isə özünü reklam edir, baxış yığmaq üçün belə işlərə əl atırlar. Valideynlər bilməlidir ki, bizim bədii gimnastikamız var, balet var, milli və müasir rəqslərimiz var. Rəqs də tərbiyədir, bunu balacalara düzgün şəkildə göstərmək lazımdır. Əks halda, fəsadları pis olacaq. Qız uşaqları oğlan kimi böyüyəcək. Valideynlər mütləq şəkildə uşaqlarının düzgün yetişməsi üçün peşəkar müəllimlərlə işləməlidirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1534   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr