Bakıda və bir sıra bölgələrdə Amerika ağ kəpənəyi yayılıb, tədbirlər görülür

Bakıda və bir sıra bölgələrdə Amerika ağ kəpənəyi yayılıb, tədbirlər görülürSon vaxtlar Abşeron yarımadası və Bakı şəhərində, həmçinin respublikanın şimal (Xaçmaz, Quba, Şabran, Siyəzən rayonları) və cənub bölgələrində (Astara, Lənkəran) Amerika ağ kəpənəyi adlandırılan ziyanverici həşəratın yayılma ocaqları müşahidə edilir.

ARETN Zoologiya İnstitutu, Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Nuriyeva bu barədə Ölkə.az-a açıqlamasında bildirib ki, sözügedən həşəratlara qarşı mübarizədə ən vacib məsələlərdən biri mübarizə tədbirlərinə ciddi əməl olunmasıdır, əks təqdirdə o yaxın gələcəkdə respublikanın digər bölgələrinə də yayılar və kütləvi surətdə arta bilər:

"Mübarizə tədbirləri il boyu aparılmalıdır. Bu tədbirlər vaxtında və düzgün həyata keçirilərsə, ziyanvericinin sayı və sonrakı qış ehtiyatının miqdarı kəskin surətdə azalar və kəpənək kütləvi çoxalmaq imkanından məhrum olar. Mübarizə tədbirləri kimi həyət və bağ sahələrində qamma-izomer xassəli heksaxloran tozu, xlorofos çiləməsi, yaxud entobakterin, bioloji preparatlardan isə dendrobatsilin, bitoksibatsilindən istifadə olunması məqsədəuyğundur. Mexaniki mübarizə üsulu isə karton və ya cod kisə parçalarının ağacların gövdələrinə sarınmasıdır, belə ki, puplaşmaya gedən tırtıllar bu parçaların arasında puplaşırlar və onları asanlıqla toplayıb məhv etmək olur".

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən də sözügedən məsələ ilə bağlı bildirilib ki, bu il temperaturun daha yüksək, yağıntının az olması ilə bağlı olaraq bu ziyanvericilərin sürətli artımı müşahidə edilir:

"Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi il ərzində mütəmadi mexaniki və kimyəvi mübarizə tədbirləri aparır".

"Havalar soyuduqca, temperatur 10-15 dərəcəyə endikcə ziyanverici həşəratlar əlverişsiz şəraitə düşdükləri üçün məhv olurlar", - deyə birlikdən verilən məlumatda deyilib.

Məlumat üçün qeyd edək ki, Amerika ağ kəpənəyi - Hyphantria cunea meyvə bağları, dekorativ ağaclar və meşələr üçün ciddi təhlükə mənbəyidir. Ümumilikdə 250-dən çox ağac növünə ziyan vurmaq potensialına malikdir.

Zərərvericinin ən əlverişli qidası tut, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, üzüm və s. bitkilərin yarpaqlarıdır.

Vətəni Şimali Amerika olan bu ziyanverici düşdüyü iqlim şəraitinə tez uyğunlaşması, yüksək məhsuldarlığı, (yumurtaqoyma qabiliyyətinin yüksək olması), gizli həyat tərzi keçirməsi, ildə 2 nəsil verməsi və tırtıllarının çox yeyimcil olması ilə fərqlənir və ən təhlükəli karantin zərərvericiləri sırasına daxil edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1193   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr