"Quska"nın anası şahid kimi ifadə vermək istəmədi

"Quska"nın anası şahid kimi ifadə vermək istəmədi"Quska" kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahid İlqar Mustafayevin istintaqda verdiyi ifadəsi elan edilib.

Bu şahid əvvəlki prosesdə məhkəmə heyətinin suallarını cavablandırmışdı. O, uzun illər Hüseyn Abdullayevin ailə üzvlərinin mülkiyyətlərini və təsərrüfat işlərini idarə edib. "Quska"ya xaricdən mənbəyi bilinməyən pullar köçürülməsindən isə xəbərsiz olduğunu deyib.

Amma İlqar Mustafayev əvvəl başqa cür danışıb. Müstəntiq ondan "Quska"ya xaricdən köçürülən pullardan danışmasını istəyib. O, bundan məlumatlı olduğunu təsdiq edib: "Bəli, xəbərim var idi. Amma müdirim olduğu üçün pulun mənbəyini soruşa bilmirdim. Həm də onun maliyyə işlərinə Azadə Cəfərova baxırdı. Bu məsələlərə də o məsul idi. Mən 2015-ci ilin sonlarında Hüseyn Abdullayevlə yollarımı ayırdım. Ondan sonra işlərini Ruhid Əkbərov adlı şəxs aparırdı".

Məlumat üçün deyək ki, Ruhid Əkbərov H.Abdullayevin əvvəlki cinayət işinin ilkin istintaq müddətində vəkili olub. Hazırda dələduzluq cinayətinə görə həbsdədir.

Şahid əvvəlki ifadəsində bir neçə dəfə müxtəlif bank hesablarından 25 min dollar bir, 40 min dollar bir pul çıxardığını və təqsirləndirilən şəxsə və anasına çatdırması üçün Azadə Cəfərovaya verdiyini qeyd edib.
"Quska"nın anası şahid kimi ifadə vermək istəmədiHüseyn Abdullayevin anası Zeynəb Abdullayeva da cinayət işi üzrə şahid qismində tanınıb. Abdullayeva bu gün məhkəmə qarşısına çıxıb. Sədrlik edən hakim Azər Tağıyev ona izah edib ki, oğlunun əleyhinə ifadə verməmək kimi hüququ var.

"Oğlumun əleyhinə nə deyə bilərəm?!" - bildirən Z.Abdullayeva ifadə verməkdən imtina edib.

Bu ərəfədə təcridxanadan prosesə onlayn qoşulan müttəhim səhhətindən gileylənib: "Mənim vəziyyətim pisdir. Nə bilirsiniz mən qeyri-qanunu gəlir əldə etmişəm? Bir dənə fakt qoyun ortaya… Dayana bilmirəm, qurtarın bu işi".

Prosesin davamında daha iki şahid ifadə verib. Həmin şahidlər təqsirləndirilən şəxsi etibarnamə ilə təmsil edən Azadə Cəfərova ilə ev alqı-satqısı ediblər. Bir neçə şahid isə məhkəməyə teleqram göndərib ki, üzrlü səbəblərdən məhkəmədə iştirak edə bilməyəcəklər.

Müdafiə tərəfi də buna etiraz etməyib. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov həmin şahidlərin istintaq vaxtı dediklərini mübahisələndirmək fikrində olmadıqlarını bildirib.

Məhkəmə müdafiənin mövqeyini qəbul edib. Onlardan bəzilərinin ifadəsi elan edilib, bəzilərinki isə elan edilmiş hesab edilib. Şahidlər teleqramlarında təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını yazıblar.

Qalan beş şahidin məhkəmədə iştirakını təmin etmək məqsədilə proses oktyabrın 17-nə kimi təxirə salınıb.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlər ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1051   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr