Tanınmış alimin öldüyü qəza ilə bağlı ittiham olunan Azər Maqsudovun qızı ifadə verdi

Tanınmış alimin öldüyü qəza ilə bağlı ittiham olunan Azər Maqsudovun qızı ifadə verdiBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qızı Qəmərtac Maqsudova şahid qismində ifadə verib. Bildirib ki, hadisə baş verəndə anası ilə birgə maşında olublar: "Biz körpünü keçdikdən sonra səs eşitdik. Maşını saxladıq. Aşağı düşüb öncə heç nə görmədik. Maşının güzgüsü qırılmışdı. Ağlımıza güzgünü sağımızdan keçən maşının qırması gəldi. Sonra adam vurduğumuzu gördük. Atam tez nəbzini yoxladı. Sağ idi. Atam, anam, mən və orada olan digər sürücülərin köməyi ilə vurduğumuz adamı maşına mindirdik. Mənə yer olmadığı üçün qaldım. Atam onu Sabunçu xəstəxanasına apardı. Həmin an mən şokda idim. Şəxsi maşına mindirməkdə yardım etdiyimi mənə sonra dedilər".

Həmçinin şahid ifadəsində qeyd edib ki, ətrafda piyada keçidi olmayıb: "Biz onu görmədik. Maşınların trayektoriyasında dəyişiklik olmadı. Hamı öz sırası ilə gedirdi. O yolda sürət həddi 90-dır. Biz 80-90 arası sürətlə hərəkət edirdik. Səs eşidəndən sonra əyləcə basdıq. Əyləcə basıb, maşənı saxlamağımız 30-50 saniyə çəkdi. Biz həmin şəxsi görsəydik belə, hadisənin yaxşı sonluqla bitəcəyinə inanmıram".

Müdafiə tərəfi Qəmərtac Maqsudovanın istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətin olduğunu bildirib.

Qəmərtac Maqsudova istintaqda ifadəsində bildirib ki, hadusə zamanı atası və anası söhbət edirmiş. Bundan başqa, o, hadisə baş verən zaman hadisə yerində anası ilə birgə qalıb. Q.Maqsudova istintaqdakı ifadəsini təkzib edib.

Məhkəmə Sabunçu Rayon Polis Şöbəsinin müstəntiqi Samir Kərimovun ifadə verməsi üçün məhkəməyə dəvət olunması barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi oktyabrın 21-nə təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub.

Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1188   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr