Şəhid ailələri və qazilər üçün verilən təqaüd artılır? - AÇIQLAMA
"Hesab edirəm ki, biz şəhid və qazi ailələrinə dəstəklə bağlı təklif və fikirlərə yanaşanda diqqətli olmalıyıq. Yəni, bu gün hər kateqoriyadan olan insan istəyir ki, dövlət ona nədəsə güzəşt etsin".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Ceyhun Məmmmədov danışıb.
Deputat gələcək zamanda ehtiyac olacağı təqdirdə şəhid ailələrinin və qazilərin təqaüdlərinin artıla biləcəyini də qeyd edib:
"Təqaüd alanlar, məcburi köçkünlər, bəzən də şəhid ailələri kommunal və digər xərclərin dövlət tərəfindən qarşılanmasını səsləndirirlər. Düşünürəm ki, bu yanaşma belə olmalı deyil, yəni bu gün dövlətimiz şəhid ailələri üçün kifayət qədər təqaüd verir. Bu səbəbdən də hazırkı zamanda onlar üçün ayrıca şəraitin yaradılması, başqa mövqeyin sərgilənməsinə ehtiyac yoxdur. Burada artıq məsələnin mahiyyəti ondadır ki, biz əgər deyiləni həyata keçirtsək, gərək müxtəlif kateqoriyadan olan hərkəs üçün edək. Bu isə hesab edirəm ki, gələcəkdə müəyyən problemlər yarada biləcək bir məsələdir. Əgər ehtiyac olarsa gələcək zamanda şəhid ailələrinin və qazilərin təqaüdləri, onlara ayrılan vəsait daha da artırlacaq. Amma hazırkı dönəmdə bunun üçün ayrıca bir addımın atılması dediyim kimi gələcək zamanda digər istiqamətlərdə də belə istəklərin baş qaldırması və yanaşmaların meydana gəlməsinə səbəb olur. Hesab edirəm ki, bu gün dövlətimiz kifayət qədər hər kəsə lazımı vəsaiti ayırır və bu səbəbdən də mən əlavə addımların atılmasını ehtiyac görmürəm".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5149 Tarix: 03 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr