Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR

Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR5 Oktyabr. Müəllimlər günü...

Deyirlər ki, bu bayram müəllimlərindi, hədiyyə verilə bilər. Amma...

Ümumdünya Müəllimlər Günü onlara təşəkkür etmək və işlərini dəyərləndirmək üçün gözəl bir fürsətdir. Müəllimlərin hədiyyə qəbul edib-etməməsi fərdi və məktəb qaydalarına bağlı ola bilər.

Hələ sovetlər vaxtından bəri bu bayramda müəllimlərə hədiyyələr təqdim edilməsi ənənə halını alıb. Amma bəzi hallarda bu hədiyyə məsələsi öz həddi-hüdudunu aşaraq rüşvəti gündəmə gətirir. Verilən hədiyyələr bəzən "rüşvət" damğası alır.

Elə bu məsələni nəzərə alaraq, nazirlik rəsmi xəbərdarlıq edib. Bildirilib ki, Müəllim Günü ilə bağlı pul yığılması hallarına yol verilməməlidir. Reallığı düşünsək, bu belə olmalıdır.

Bəs, müəllim hədiyyə qəbul edərmi? Edərsə, müəllimləri normal qaydada necə təbrik etmək olar? Hansı hədiyyə verilə bilər?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov müəllimə uyğun olan hədiyyələrdən danışıb:

"5 oktyabr Müəllimlər Günü, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da qeyd olunan əlamətdar günlərdən biridir. Bu münasibətlə müəllimlərə hörmət və minnətdarlıq ifadəsi olaraq hədiyyələr verilməsi adətdir.

İlk olaraq, müəllimlərin hədiyyə qəbul etməsi məsələsinə nəzər yetirək. Müəllimlərə hədiyyə təqdim etmək onların zəhmətinə hörmət əlaməti kimi qəbul edilir. Lakin bu, mütləq zəruri deyil və əksər hallarda simvolik xarakter daşımalıdır.

Müəllimlər Günü münasibətilə hədiyyə verilməsi adət olsa da, burada hədiyyənin növü və onun mənəvi dəyəri xüsusi əhəmiyyət kəsb edir. Müəllimlərə maddi hədiyyələrdən daha çox mənəvi dəyəri olan simvolik hədiyyələr vermək daha uyğun olar. Məsələn, çiçəklər, dəftər, qələm, müəllimə xüsusi olaraq yazılmış təbrik kartı, yaxud şagirdin öz əl işlərindən ibarət olan hədiyyələr daha mənalı və səmimi olur. Bu cür hədiyyələr müəllimə şagirdin minnətdarlığını ifadə edən gözəl bir simvol kimi təqdim edilir və müəllimin nüfuzuna xələl gətirmir. Çünki bu hədiyyələr maddi maraq güdmür, yalnız şagirdin və valideynlərin səmimi minnətdarlığını əks etdirir".

Ekspertin sözlərinə görə, müəllimə pul hədiyyəsi vermək onların zəhmətinin alqı-satqı obyekti kimi dəyərləndirilməsinə səbəb ola bilər:

"Müəllimə pul hədiyyəsi təqdim edilməsi cəmiyyətdə birmənalı qarşılanmır və bu cür hədiyyə çox vaxt qeyri-etik hesab edilir. Pul, hədiyyədən çox, bir mübadilə vasitəsidir və müəllimlərin peşəkar fəaliyyətində pul hədiyyəsi almaq onların zəhmətinin alqı-satqı obyekti kimi dəyərləndirilməsinə səbəb ola bilər. Bu, həm şagirdlər, həm də valideynlər tərəfindən qeyri-düzgün mesaj verir və müəllimin nüfuzuna mənfi təsir göstərə bilər. Müəllimə pul hədiyyəsi təqdim etmək, xüsusən də təhsil müəssisələrində rüşvət kimi qəbul oluna biləcək bir vəziyyət yaradır. Çünki pul maddi gücü olan bir vasitədir və şagirdlərin təhsil müvəffəqiyyəti ilə bağlı yanlış gözləntilərin yaranmasına gətirib çıxara bilər".

Pul şagirdlər arasında qeyri-bərabərlik yaradır...

"Bundan əlavə, bu, şagirdlər arasında qeyri-bərabərlik yarada bilər. Bir şagirdin və ya valideynin müəllimə pul hədiyyəsi verməsi, digər şagirdlər üzərində təzyiq yaradır. Çünki hamı eyni maliyyə imkanlarına sahib deyil. Bu isə məktəbdə sosial ədalətsizliyin artmasına səbəb ola bilər.

Müəllimə pul hədiyyəsi vermək, həmçinin onun şagirdlər qarşısında obyektivliyinə şübhə yaratmağa səbəb olur. Müəllimlər bütün şagirdlərə bərabər və obyektiv yanaşmalıdırlar, lakin pul hədiyyələri bu obyektivliyi sual altına ala bilər. Cəmiyyətdə bu cür hallar müəllimlərin vicdanlı işlərinə kölgə sala bilər və onların işində maddi maraqla hərəkət etdikləri təəssüratını yarada bilər.

Bunun əvəzinə, mənəvi dəyəri olan və müəllimin peşəkar nüfuzunu qoruyan hədiyyələrə üstünlük verilməsi daha uyğun olardı".

Hər il gündəm məsələsinə çevrilən müəllimlər günündə "pul yığma mərasimi" barədə fikirlərini bölüşən sosioloq Lalə Mehralı deyib ki, müəllimlər günündə onların təbrik edilməsindən daha təbii heç nə yoxdur:

"Öncə onu deyim ki, müəllimlərə pul və ya hədiyyə verməkdən şikayətçi olanlar bunu ən çox edənlərdi. Bu tarixən belə olub. Valideyn müəllimə bir dəstə gül verəndə də, bir ədəd gül verəndə də effekti eynidir. Müəllim diqqət, qayğı, valideyndən zəhmətinin dəyərini verməsini istəyir. Hansı sahənin peşəkarına baxsaq, onun arxasında müəllim durur. Ona görə müəllimlər günündə onların təbrik edilməsindən daha təbii heç nə yoxdur. Hədiyyənin fərqi yoxdur. Müəllimi dəyərli bilib, onun əziyyətini qiymətləndirmək gözəldir".

Lalə Mehralı vurğulayıb ki, məktəbdə valideynlərdən müəllimlər üçün məcburi pul yığılması bu məsələyə aid deyil:

"Bəzən məktəblərdə bu gün ərəfəsində məcburi pul yığma halları olur. Qətiyyətlə buna qarşıyam, belə şeylər insanın öz içindən gəlməlidir. Amma son dövrlər dəbdir valideyn komitələri sinif qruplarına səs atır ki, müəllimlər gününə, 8 marta pul yığırıq. Həmin məbləği verə bilməyən valideynlər var. Qoyun, bu könül, istək işi olsun. İstəyən şəxs istədiyi cür müəllimi təbrik etsin. Bir müddət sonra solacaq gülə 30 manat verməkdənsə, həmin 30 manatı zərfə qoyub müəllimə vermək daha yaxşıdır. Bunu heç kim rüşvət adlandırmasın".

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr - Müəllimlər Günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

"Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir", - məlumatda deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1152   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr