"İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm..."

"İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm..."Binəqədi rayonunda "Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel emalatxanasındakı partlayışla bağlı məhkəmə araşdırması gedir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırkı mərhələdə hadisə nəticəsində vəfat edənlərin hüquqi varisləri və zərərçəkmiş şəxslər özləri ifadə verirlər.

Cinayət işi ilə bağlı ASC-nin faktiki sahibi Tağı İbrahimov və oranın inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev mühakimə edilir.

Onlar yanğın təhlükəsizliyi qaydalarına riayət etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmağa, Tağı İbrahimov isə ayrıca xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmağa görə təqsirləndirilir.

Bugünkü iclasda ifadə verənlərdən biri Gülnar Məmmədovadır. O, hadisə nəticəsində həyat yoldaşını itirib. İki azyaşlı uşağı olduğunu deyən hüquqi varis zərərin əvəzi olaraq təqsirləndirilən şəxslərdən yaşayış üçün ev istəyib.
"İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm..."Gülnar kimi digər hüquqi varis Elnarə Qubadovanın da əri hadisədə vəfat edib. Mərhum Fərid Qubadov "Bakı Ağac Emalı" ASC-dən sex götürərək işlədib. Amma rəsmi şəkildə vergi ödəyicisi olmayıb. Bu ailə də maddi və mənəvi ziyana görə təzminat tələb edib.

Prosesin davamında partlayışdan sonra cəsədi ən gec tapılan iki nəfərdən biri- dərzi Solmaz Abbasovanın gənc oğlu Tural Həsənov dindirilib. Tural ailənin yeganə övladıdır. Onun nə bacısı, nə qardaşı var. Hadisəyə görə dərin sarsıntı keçirən Turalın həyəcanı məhkəmədə də açıq-aşkar hiss olunub. Hakimlər ona səbirli olmağı tövsiyə ediblər.

Tural qısa olaraq həmin günü belə xatırlayıb: "O gün təsadüfən anama zəng etdim. Nə qədər çağırdı, amma telefonu açmadı. Düşündüm ki, yəqin başı qarışıqdır. Amma iş vaxtı bitdi, evə gəlmədi. Narahat oldum. İşlədiyi zavoda gedəndə hər şey aydın oldu. Şoka düşdüm".

Tural prosesdə dayısı ilə birgə iştirak edib. Onlar maddi və mənəvi ziyana görə Tağı İbrahimov və Toğrul Rzayevdən 69 min 800 manat pul tələb edirlər. Növbəti iclasda mülki iddialarını məhkəməyə təqdim edəcəklər.

Fotoda: Tağı İbrahimov
"İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm..."Başqa bir hüquqi varis Bəhram Atakişiyev isə hadisədə atasını itirib. Bəhram maddi və mənəvi ziyana görə 60 min təzminat istəyir.

Budəfəki iclasda son olaraq Fərrux Hüseynov ifadə verib. Ona hadisəyə görə maddi ziyan dəyib. Fərrux partlayış vaxtı fiziki zərər görməsə də, oradakı zavodunda 113 min manatlıq avadanlığı məhv olub.

Bundan əvvəlki iclasda isə partlayışda vəfat edən Adil Rüstəmovun atası Aydın Rüstəmov maddi və mənəvi ziyana görə 1 milyon manat təzminat tələb etmişdi.

Təqsirləndirilən Tağı İbrahimov deyib ki, partlayışda vəfat edən şəxslərin yaxınlarının hərəsinə 5 min manat pul verib. O, bundan sonra da nə lazımdırsa, edəcəyinə söz verib.

Proses oktyabrın 22-si davam edəcək.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Sözügedən ASC illər əvvəl "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2018   Tarix: 03 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr