"O məktəbin direktoru deputatın atasıdır..." – Bakı liseyində PUL QALMAQALI

"O məktəbin direktoru deputatın atasıdır..." – Bakı liseyində PUL QALMAQALIBakı şəhər sakini Aytən Abbasova övladı İnci Abbaszadənin təhsil aldığı liseyin müəlliməsindən şikayətçidir.

Hurriyyet.az xəbər verir ki, valideyn bununla bağlı Musavat.com-a müraciət edib.

Müraciətdə bildirilir ki, qızı İnci Abbaszadə mayın ayından etibarən Müasir İnnovasiyalar Liseyində muəlliməsi Səbinə Qasımova tərəfindən aylarla psixoloji şiddətə məruz qalıb:

"Məsələnin kökündə məktəbin bank hesablarında problem olması və bununla əlaqədar olaraq aylıq təhsil haqlarını sinif rəhbəri Səbinə Aydın qızı Qasımovanın bank kartına göndərməyimiz, daha sonra isə müəllimənin onu mütəmadi mənimsəməsi dayanır. O məndən həmçinin məktəb xərcləri adı ilə müxtəlif vaxtlarda tez- tez kartına pul atmağımı istəyirdi.

Məktəbin bank hesabı bərpa olunsa da bizə bu barədə nə məktəbdən, nə müəllimədən məlumat gəlmədiyi üçün 1 il boyunca ödənişi həmin müəllimənin kartına göndərmişəm.

Müəllimə pulları məktəbə vermədiyi üçün qızımı aylarla birinci dərsə buraxmayıblar. Səbinə Qasımova məktəb rəhbərliyini də aldadırmış ki, valideynin imkanı yoxdur, ödənişi edəcək. Halbuki biz hər ay ödənişi vaxtında göndərirdik. Övladımın dərsə buraxılmamasından məlumatsız olmuşam. Çünki dərsə buraxılmasa da evə göndərilməyib və mən də təbii olaraq heç nədən şübhələnə bilməmişəm. Qızım psixoloji cəhətdən sarsıntı keçirirmiş. Çünki müəllimə ona bizim diqqətsiz və pis valideyn olduğumuzu, bu səbəbdən də dərsə buraxılmadığını deyirmiş.

Qızıma evdə bu hadisələri deməməsi üçün həm hədə qorxu, həm də manipulyasiya tətbiq edirmiş. Əgər evdə desə, bizim qızımızı məktəbdən çıxaracağımızı və onu dostarından ayıracağımızı deyirmiş.

Qızım aylarla kefsiz, səbəbsiz ağlayan, özünə qapanıq olmuşdu. Tez-tez bizim onu sevmədiyimizi deyirdi. Səbəbi isə müəllimənin manipulyasiyaları imiş, biz bunu xeyli sonra bildik.

Məktəb məsələdən xəbərdar olduqdan sonra da müəllimə haqqında heç bir ciddi tədbir görmədi. Mənim və digər valideynlərin təkidi ilə müəlliməni işdən xaric etdiklərini desələr də, məlum oldu ki, təsisçi Əhməd Vəliyev onu digər məktəbi olan "Baku British Scool"a müəllimə təyin edib.

Şikayətimi hadisə baş verən vaxt (may ayında) 102 xidmətinə bildirmişəm, onlar da məni Binəqədi rayonu 5-ci polis bölməsinə yönləndiriblər. Həm yazılı, həm şifahi şikayətimi təqdim etmişəm. Lakin məsələ ilə bağlı bu 4 ay ərzində heç bir tədbir görülməyib və məni məlumatlandırmayıblar".

Musavat.com məsələ ilə bağlı sözügedən müəllimə Səbinə Qasımova ilə əlaqə saxlayıb. O valideynin iddialarının yalan olduğunu deyib:

"Məktəbə yaxınlaşıb məlumatları alın, sizə çeki göstərsinlər. Aytən xanım ötən ildən məni narahat edir. Məni polisə belə vermişdi. Lakin orada hər şey aydın oldu.

O qadın övladının anasından çox mənə bağlı olmasını qəbul edə bilmir. Mənim həyat yoldaşım həmin valideynlə bağlı prokurorluğa şikayət edəcək. Çünki artıq biz bezmişik. Hər dəfə polisə şikayət edir. Gedib problemlərini həll etsin. Məktəbimizin direktoru Əhməd müəllimin oğlu deputatdır. Sizcə, belə bir məktəbdə belə hadisə realdırmı?"

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, Bakı şəhər sakini A.Abbasovanın müraciəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində araşdırma aparılıb. Görülən tədbirlərlə ona dəymiş maddi ziyanın ödənilməsi təmin edilib. Vətəndaşın digər iddiaları ilə bağlı aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.

Məktəbin direktoru Əhməd Vəliyev ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilmədi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 973   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr