Həbsdə rütbəsi alınmayan yeganə general kimdir?

Həbsdə rütbəsi alınmayan yeganə general kimdir?Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Tofiq Həsənov "Vətən uğrunda" medalından da məhrum edilib. Qeyd edək ki, Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin rəisi olub.

Yada salaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Mövlan Şixəliyev, Sahib Ələkbərov və Yasin Məmmədov ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilib. Buna səbəb adıçəkilən şəxslərin xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmalarıdır.

Beləliklə, Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenindən, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medallarından məhrum edilib. Sahib Ələkbərovla Yasin Məmmədovun isə "Vətən uğrunda" medalı geri alınıb.

General rütbəsindən və ordenlərdən məhrum edilənlərdən biri də Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovdur. Sabiq MTN generalı Akif Çovdarov da eyni aqibətlə üzləşib. O, 2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum edilib.

20 il öncəki cinayətə görə 2021-ci ildə həbs olunan general-leytenant Rövşən Əkbərovun da rütbəsinin alınması müzakirə olunurdu. Sabiq birlik komandirinin general-leytenant rütbəsinin alınıb-alınmayacağı ilə bağlı suala o zaman baş prokuror Kamran Əliyev belə aydınlıq gətirmişdi:

"Bununla bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var. Bu işdə məqsədəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb".

Qeyd edək ki, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında iş adamı Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə xəncərlə xəsarət yetirməklə onu qəsdən öldürmüşdü. Rövşən Əkbərov uzun illər azadlıqda qalsa da, II Qarabağ müharibəsindən sonra həbs olundu.

Elçin Əliyevin anası Səmayə Əliyeva 20 il ərzində oğlunun qətlinin açılması üçün çabalar göstərdi, Avropa Məhkəməsinə müraciət etdi. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Səmayə Əliyevanın iddiasına baxıb. Ukraynada hüquq-mühafizə orqanları bu ölüm işində azərbaycanlı general Rövşən Əkbərovun iştirakını təsdiq etdikdən sonra cinayət işini Azərbaycan prokurorluğuna göndərib. Səmayə Əliyeva oğlunun qətlində israrla Rövşən Əkbərovun adını çəkir, onu ittiham edirdi. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olurdu. 2021-ci ildə Rövşən Əkbərov vəzifədən uzaqlaşdırıldı və Elçin Əliyevə qarşı törədilmiş cinayətin gec də olsa, araşdırılmasına qərar verildi.

56 yaşlı general-leytenant Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib. Rövşən Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan Rövşən Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. Rövşən Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ad ona 5 oktyabr 1994-cü il tarixli fərmanla verilib.

Mənbə: Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2133   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr