Universitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlama

Universitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlama"Vətən müharibəsi qazisi, I qrup əlil olan qardaşım Valeh İsayev 4 il öncə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə qəbul olunmuşdu. Lakin müharibə onun təhsil arzusunu yarımçıq qoydu. Sonradan yaralanıb hərəkət qabiliyyətini tamamilə itirdi, amma hər hansı əqli problemi yoxdur. Bununla belə, universitetdə təhsilinə başlaya bilmir".

Bu iddia ilə "Qafqazinfo"ya qazinin bacısı Nigar İsayeva müraciət edib.

Onun sözlərinə görə, müharibənin başlamasından 3-4 gün əvvəl qardaşına universitetə qəbul olması ilə bağlı SMS gəlibmiş. Lakin müharibədə iştirak üçün könüllü qeydiyyatdan keçdiyinə görə sentyabrın 29-u cəbhəyə aparılıb: "Qardaşım oktyabrın 19-da ağır yaralandı. Güllə başını sıyırıb keçmişdi və onurğa beynini zədələmişdi. Hazırda iflic vəziyyətdədir. Sinirlərinin 99 faizi zədələnib, bərpa olunması mümkün deyil. 2 il Türkiyədə müalicə aldı. Hazırda da Əhmədli qəsəbəsində yerləşən Bakı Reabilitasiya Mərkəzində müalicə alır. Universitet təhsili donmuş kimidir, heç başlamayıb. Belə olduqda təhsil hüququ 10 il qüvvədə qalır, həmin müddət keçəndən sonra ləğv olunur. Universitetlə ötən il danışdım, dedilər ki, gərək dərsə gəlib-getsin. Onun da elə bir imkanı yoxdur, çünki sərbəst otura bilmir. Arabada gəzir, sinədən aşağı nahiyədə hissiyyatı yoxdur. Ayaqları tamamilə işləmir. Əlləri zəif işləyir. Sol tərəfdən yaralandığına görə 2 barmağını işlədə bilir, sağ əlini isə bir az işlədir. Qazidir, Vətən üçün, bizim üçün canından keçib, təhsilini, ailəsini kənara atıb gedib döyüşüb. Biz istərdik ki, ona distant təhsil üçün şərait yaradılsın..."
Universitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlamaMüharibəyə gedəndə hərbi xidmətini başa vurmuş olan Valehin indi 25 yaşı var. Ailənin yeganə arzusu özünəqapanmış vəziyyətdə olan qaziyə az da olsa, kömək etməkdir: "11-ci sinifdə oxuyanda hazırlaşmağa imkanı olmamışdı. O vaxt böyük qardaşım ona maddi baxımdan köməklik elədi, repetitor hazırlığına qoydu. 6 ay hazırlaşdı, 400-ə yaxın bal topladı. Sevdiyi ixtisasa da qəbul oldu. Axşamlar gedib restoranlarda işləyirdi, 5-10 manat qazanırdı. Danışa bilir, ağlında, nitqində heç bir problem yoxdur. Sadəcə, özünə çox qapalıdır. İstəyərdik ki, təhsil alsın, bu, onun üçün bir motivasiya, işıq ucu olar. Bəlkə gələcəkdə oturaq vəziyyətdə iş olsa, işləyər".

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: "Tədrisin təşkili ilə bağlı məsələlər təhsil müəssisəsinin səlahiyyətlərinə daxildir. Həmçinin qeyd edək ki, tələbə tərəfindən müəssisəyə rəsmi müraciət olduğu halda məsələyə qanunvericilik çərçivəsində baxıla bilər".

Gəncə Dövlət Universitetindən də sorğumuza oxşar cavab verildi: "Həmin qazimizlə bağlı bizə rəsmi müraciət olunmayıb. Universitetə ərizə il müraciət olunsun. Bundan sonra baxılacaq. Əgər qanun yol versə, onun təhsili ilə bağlı şərait yaradıla bilər".

Qeyd edək ki, V. İsayev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin Sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Universitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlamaUniversitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlamaUniversitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlamaUniversitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlamaUniversitetə qəbul olub müharibəyə getdi, indi təhsil ala bilmir - Rəsmi açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1716   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr