"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
Aktrisa Zülfiyyə Qurbanova vəfat edən bacısı Lamiyə ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa bacısının fotosunu yayımlayaraq bunları yazıb:
"Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır... Lamiyə, sənə qurban olaram, başına dönərəm sənin. Səni o qədər sevirəm ki… Anamdan sonra anam da sən idin bacım da... Onsuz da yetim olan məni yetim qoydun. İstəyirəm özümü götürüm çırpım divara bəlkə ağrım azala.
İyunun 8-dən mübarizə aparırdıq. Çox inanırdım düzələcəksən. Deyirdi, Zülfiyyə, birdən əziyyətimiz hədər gedər. Cavab verirdim ki, xeyr Lamiyə, mənim heç bir əziyyətim hədər getməyib. 3 balamız qaldı – 10, 4 və 1 yaş yarımlıq körpə. Mən bu dünyanın ədalətinə xəstəxana dəhlizində Lamiyə, ölmə, bizim 3 balamız var, onlara söz vermişəm, səni sağaldəb qaytaracağam deyib, özümü divarlara çırpanda son qoydum. Səni buradan götürüb Türkiyəyə ən yaxşı xəstəxanaya qaçırdım ki, təki sağalansan. Bacarmadıq, bacarmadım. Bagışla məni…
Anam bizi çox zülmlə təkbaşına böyütmüşdü. Bu bizim başımıza gəlməməli idi. O biri dünya varsa, anama nə cavab verəcəyəm? Dəyəcəm sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəyəm. Sənə söz vermişəm, balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacağam, amma ana kimi xala olacağam. Balalarımın dediyi kimi "xala-ana" olacağam.
O balaları böyütmək üçün heç olmasa 20 il canıma dəyməsin. Balalarının qoxusuna həsrət qalıb getdin bu dünyadan. Sənə qurban olum Lamiyə. Səni o qədər sevirəm. Sən mənim anama oxşayırdın. Söz vermişdin sağ qalacaqsan, söz vermişdin qocalacaqsan. Kaş mən gedərdim, kaş ömürdən pay olardı, kaş sənin canına gələn mənə gələrdi. Mənim arxada gözü yaşlı qoyacağım çox az adam vardı. Sən 3 balanı və mən balanı bədbəxt elədin. Yanıram, ay Lamiyə. Sənə qurban olum mən. Uşaqları böyüdüm, anamla sənin yanına gələcəyəm. Səni çox sevirəm. 41 illik ömür yolunun 40 ilində mənə mükəmməl bacı oldun. Bu yaşda insan ölməz. 3 azyaşlı uşaq anası heç ölməz. Tüstüm ərşə dayanıb, belimi bükdün".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1339 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr