Qazi Suqovuşanı azad edərkən yaşadıqlarını DANIŞDI: "Ermənilər meyitlərinə sahib çıxmadı"

Qazi Suqovuşanı azad edərkən yaşadıqlarını DANIŞDI: "Ermənilər meyitlərinə sahib çıxmadı"Oktyabrın 3-ü Tərtər rayonunun Suqovuşan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür.

Uzun illərdən sonra vətənin qəhrəman oğulları Suqovuşanı işğaldan azad edərək hər şeydən uca tutduğumuz müqəddəs bayrağımızı əzəli və tarixi torpağımızda yenidən ucaldıblar.

Bu unudulmaz anı bizə yaşadan igidlərdən biri də Suqovuşana bayraq sancan xüsusi təyinatlı İlkin Fərzəliyevdir.

Qazimiz Suqovuşanı azad edərkən yaşadıqlarını Baku TV-yə danışıb:

"Oktyabr ayında deyildi ki, Suqovuşan istiqamətində irəliləmək lazımdır. Biz Talışla Suqovuşan arasındakı 831 yüksəkliyinə gəlib çıxmışdıq. "N" saylı hərbi hissənin 6 kəşfiyyatçısı şəhid olmuşdu. Deyildi ki, o şəhidləri götürmək lazımdır. 12 saatlıq atəşkəs idi, neytrala çıxdım. Gördüm ki, ermənilər özləri üçün səngər düzəldiblər, sayları da çox idi. Silahı, bıçağı kənara qoydum. Göstərdim ki, üzərimdə heç bir şey yoxdur.

Bir dənə şəhidimizi götürməyim üçün icazə istədim. Ratsiya vasitəsilə belə bir əmr gəldi ki, erməni snayperlər sizi tanıyıblar, Fərzəliyev neçə şəhid götürübsə, qayıtsın. Ratsiyanı götürüb dedim ki, 6 şəhidimiz var, 2-ni rahat götürə bilirəm. Polkovnik dedi ki, onları götürüb qayıt, ermənilərin snayperləri səni vurmaq üçün icazə istəyiblər. Dedim ki, yox. Ratsiyanı söndürdüm, gizir Rüstəmova verdim. Bizimkilərdən bircə dənə onu xahiş etdim ki, əgər vurulsam, meyitimi burada saxlamayın. Biz oradan şəhidləri götürdük. Həmin müddət ərzində ermənilərə dedim ki, biz şəhidlərimizi götürürük, siz də özünüzünküləri götürün. Dedilər ki, bizim meyitimiz yoxdur, onlar bizə lazım deyil".

Ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1054   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr