Azərbaycanda pensiya yaşı azaldılır? - AÇIQLAMA

Azərbaycanda pensiya yaşı azaldılır? - AÇIQLAMAPensiya yaşının azaldılması Azərbaycanda uzun müddətdir ki, müzakirə olunan əsas mövzulardan biridir. Bəs görəsən Azərbaycanda pensiya yaşı azaldıla bilərmi?

Mövzu ilə bağlı sosiloq Üzeyir Şəfiyev Sonxeber.az – a açıqlama verib:

"Pensiya yaşı əsasən insanların orta ömür uzunluğu ilə müəyyənləşdirilir. Bəzi ölkələrdə pensiya yaşı çoxdur, bəzilərində isə az. Bunun səbəbi həmin ölkələrdəki insanların orta ömür uzunluğudur. Azərbaycanda orta ömür uzunluğu kişilər üçün 71, qadınlar üçün 76-dır. Bir var real orta ömür uzunluğu, biri də var gözlənilən. Pensiya yaşı gözlənilən orta ömür uzunluğuna əsasən hesablanmamalıdır. Pensiya yaşı üçün real orta ömür uzunluğu əsas götürülməlidir. Əgər real ömür uzunluğu 71-76 yaş aralığındadırsa, deməli Azərbaycanda indiki pensiya yaşı nisbətən yuxarıdır. Bunun aşağı endirilməsi müzakirə edilə bilər".

Bəziləri pensiyaya çıxandan sonra da işləməyə davam edirlər:

"Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür. 2027-ci ildən qadınlar da kişilərlə bərabər pensiya yaşına sahib olacaqlar. Biz bir statistikanı da diqqətdə saxlamalıyıq ki, Azərbaycanda kişilər qadınlara nisbətən az yaşayırlar. Dünyasını dəyişmiş kişilərin hardasa 40 faizdən yuxarı hissəsi pensiya kapitalına malik olsalar da, onlar pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu çox ciddi məsələdir. Ola bilər ki, bu insan xəstədir. Müalicəsi üçün pul lazımdır. Amma pensiya kapitalına yığılan pulu istifadə edə bilmədən dünyasını dəyişir. Xəstəliklər, müəyyən mailiyyə böhranları zamanı pensiya kapitalından istifadə imkanlarını vətəndaşlara tanımaq lazımdır. Bu ədalətli yanaşma olardı. Bəzi təbəqələr var ki. onların pensiya yaşının endirilməsinə xüsusilə ehtiyac var. Məsələn çətin şərtlərdə işləyənlər. Onlar müəyyən yaşdan sonra artıq həmin ağır işlərdə işləyə bilmirlər. Amma pensiya yaşı endirilmədiyindən və ya aldıqları pensiyanının məbləği də onlara yetmədiyindən məcburən hətta pensiyaya çıxandan sonra da işləməyə davam edirlər. Çox yaxşı olar ki, pensiya yaşı adekvat olsun və insanlar pensiya yaşına çatanda işdən çıxsınlar. Sağlam, xoşbəxt şəkildə yaşlılıq dövrünü yaşasınlar. Hazırki pensiya yaşı orta ömür uzunluğuna uyğun gəlmir. Çünki orta ömür uzunluğu diqtə edir ki, pensiya yaşı azalsın. Bundan başqa alternativ pensiya fondları yaradıla bilər ki, insanlar ehtiyac olduqda ora müraciət etsinlər. Amma bu nə dərəcədə dövlətin maliyyə imkanlarına uyğun gəlir, biz bunu deyə bilmərik".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 19185   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr