Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərən şirkətin özünün saytı yoxdur
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi "Nooga Development AZ" MMC (VÖEN – 2007863691) olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Vergi Xidməti müxtəlif iformasiya texnologiyaları (İT) sistemlərinin idarə olunması xidmətləri üçün "Nooga Development AZ" MMC -yə 5 milyon 789 min 288 manat 93 qəpik ödəyəcək.
Vergi Xidmətindən bildirilib ki, həyata keçiriləcək xidmətlərə "Common Reporting Standarts" (CRS) platforması üzrə proqram təminatına, "DeepSage" proqram təminatına, "TAXESBI ("DeepSage" reporting system)" hesabatlılıq sisteminə, "POS Transaction" platforması üzrə proqram təminatına və Risklərin təhlili üzrə sistemə texniki dəstəyin və təkmilləşdirilmə xidmətlərinin göstərilməsi, Dövlət Vergi Xidmətinin avtomatlaşdırılmış zəng sisteminin (moo.taxes.gov.az) optimallaşıdırlması kimi işlər daxildir.
Təxminən 3 ay əvvəl Dövlət Vergi Xidmətinin keçirdiyi daha bir tender müsabiqəsinin qalibi "Nooga Development AZ" MMC olub. Bu şirkət "Avtomatlaşdırılmış informasiya sistemi Proqram kassa sistemi" proqram təminatına texniki dəstəyin göstərilməsi və proqram təminatının təkmilləşdirilməsi üçün Vergi Xidmətindən 1 milyon 938 min 244 manat 70 qəpik alıb.
Ətraflı
Qeyd edək ki, "Nooga Development AZ" MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 3 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Əliyev Ruslan Vahab oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev otaq 26 ünvanında yerləşir.
Onu da bildirək ki, Vergi Xidmətinə milyonlarla manat dəyərində xidmətlər göstərən "Nooga Development AZ" MMC-nin nəinki veb-saytı, heç sosial şəbəkə hesabı belə yoxdur.
"Nooga Development Az" MMC Azərbaycan şirkəti kimi dövlət qeydiyyatına alınsa da, eyni adlı şirkət Belarusda fəaliyyət göstərir. Eyni zamanda Gürcüstanda da "Nooga Development GE" adlı şirkət fəaliyyət göstərir. Gürcüstanda qeydiyyatdan keçən bu şirkətin təsisçilərindən biri Belarus vətəndaşı Sergey Xilkeviç (49% pay), digəri isə Belarusda qeydiyyatdan keçən "Nooga Development" şirkətidir (51% pay). 2022-ci ildə Vergi Xidməti heç bir tender müsabiqəsi keçirmədən "Nooga Development GE" (441487909) ilə 2 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Məlumat üçün onu da bildirək ki, Azərbaycandakı "Nooga Development Az" MMC kimi Gürcüstanda qeydiyyatdan keçən "Nooga Development GE" barəsində də açıq mənbələrdə geniş məlumat mövcud deyil. Bu şirkətlərin bağlı olduğu Belarusdakı "Nooga Development" şirkətinin veb-saytı olsa da, şirkət haqqında ətraflı məlumat mövcud deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1221 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr