Məhkəmə qərarını icra etməyən "Dörd Qardaş" MTK məhkəmə proseslərindən yayınır

Məhkəmə qərarını icra etməyən "Dörd Qardaş" MTK məhkəmə proseslərindən yayınırXəbər verdiyimiz kimi, Bakı şəhər sakini V. Süleymanov "Dörd Qardaş" MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə ki, vətəndaşın sözügedən MTK-dan aldığı mənzilin təmiri və sağac quraşdırması üçün əlavə ödənişlər tələb edilib.

Belə ki, sentybarın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesə "Dörd Qardaş" MTK-dan heç kim gəlməyib. Buna baxmayaraq, hakim Lalə Rəhimli şikayətçinin iddiasını təmin edərək prosesi keçirib.

Təəssüf ki, "Dörd Qardaş" MTK tərəfindən bu günə qədər məhkəmə qərarı icra edilməyib. Görünür ki, qarşı tərəfin proseslərdən yayınmaqla işi uzadır və şikayətçi tərəfə mənzilini vermək istəmir.

Xatırladaq ki, V. Süleymanov məhkəməyə müraciətində 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan həmin çatışmayan hər kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat, hazırkı iddia tələbi üçün ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun, 600 (altı yüz) manat kirayə haqqının, vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmibir) manat pulun cavabdeh "Dörd Qardaş" MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Həmçinin iş materiallarında olan "Dörd Qardaş" MTK tərəfindən verilmiş 31.05.2022-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Süleymanov Vüqar Tahir oğlu tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən "Dörd Qardaş" MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 2 saylı mənzilin sahəsinin pay dəyəri tam ödənilmişdir, payçının MTK-ya mənzil üzrə borcu yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Abşeron rayon məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb. Belə ki, qərarda bildilir ki, iddiaçı Süleymanov Vüqar Tahir oğlunun cavabdeh "Dörd Qardaş" MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən "Dörd Qardaş" MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil "Dörd Qardaş" MTK tərəfindən Süleymanov Vüqar Tahir oğluna təhvil verilsin. 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh "Dörd Qardaş" MTK-dan tutularaq Süleymanov Vüqar Tahir oğluna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı "Dörd Qardaş" MTK-nın cavabdehə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Lakin, qarşı tərəf bu günə qədər susur./Hurriyyet.Az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1219   Tarix: 05 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr