Kitab sərgisində QALMAQAL – Nəşriyyatlar sərgini tərk etməyə hazırlaşır

Kitab sərgisində QALMAQAL – Nəşriyyatlar sərgini tərk etməyə hazırlaşırDövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Nəşriyyatlar Mədəniyyət Nazirliyinə və Antiinhisara etiraz edir, sərgini tərk edirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial media hesabında yazıb.

O naşirlərin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Kitab Alışının Dayandırılmasına Etiraz Bəyanatını yayıb:

"Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi. Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Antiinhisar fəaliyyəti haqqında" qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; "Dövlət satınalmaları haqqında" qanun özü bunu qadağan edir.

Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.

Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik".

Ş.Xuduoğlu bildirir ki, məsələ həllini tapmasa, bir çox nəşriyyat sərgini tərk edəcək:

"Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.

Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.

Amin Orucov, Simurq Nəşriyyatı
Arzu Bəylərli, Audiokitab
Bəhram Oruclu, Çinar nəşriyyatı
Elçin Sadiqov, Fidan Nəşriyyat və Dağıtım
Əli Eynəliyev, Dastan Yayımları
Əsəd Süleymanov, MİMTA Yayımları
Fatimə Alxaz, Ağıllı Bala Nəşriyyatı
Günel Tağıyeva, Kibu yayımları
Hafiz Eyyubov, Qələm Nəşriyyatı
Həsən Kərimov, Kitabçı Nəşriyyat evi
İlkin Abdulla, Strauss Press
İlkin Abdullayev, Çardaq və Kosmo nəşriyyatı
Misir Aslanov, Zəka Print
Mübariz Həsənov, Alfacin Nəşriyyatı
Muxtar Abbasov, RM Nəşriyyatı
Nemət Əliyev, Everest Nəşriyyat evi
Nicat İbrahimov, TEAS Press Nəşriyyat Evi
Nigar Köçərli, Əli-Nino nışriyyatı
Nurman Şahmərdanov, Parlaq İmzalar nəşriyyatı
Orxan Bəyov, İZƏ Nəşriyyatı
Rafiq İsmayılov, Altun Kitab nəşriyyatı
Rasim Qaraca, Alatoran nəşriyyatı
Ramiz Məmmədov, İpəkyolu Nəşriyyatı
Sadıq Babazadə, Mayak Nəşriyyatı
Səbinə Əli, Səbat Nəşriyyatı
Səbuhi Zeynalov, XAN Nəşriyyatı
Şahbaz Xuduoğlu, Qanun nəşriyyatı
Şəmil Sadiq, Hədəf Nəşrləri
Şöhlət Səlimov, Qədim Qala Nəşriyyatı
Tural Axundov, Təhsil nəşriyyatı
Ülvi Ağa, İdiot Yayınları
Ülvi Cabbarov, Gündüz Yayınları
Veysəl Məmmədov, Libra Kitab
Yusif İlhamoğlu, Çapar Yayınları".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 892   Tarix: 05 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr