Şagirdlər öz yüklərini daşıyırlar, yoxsa Azərbaycan təhsilinin? - Çantası özündən AĞIR GƏLƏCƏK...
Yəqin ki, küçədə, ictimai nəqliyyatda və digər yerlərdə çantası özündən ağır olan şagirdlərə tez-tez rast gəlirsiniz. O uşaqlar bu yükün əbədi olduğunu düşünürlər, mühüm missiya olduğunu qavramağa çalışırlar, bunu onlara təlqin edirlər, edirik. Bəs reallıq necədir? Asanı etmək yerinə niyə şagirdlərə yük payı ayırırıq? Skoliozlu, ağrılı, xəstəlikli yox, sağlam gələcəyi qurmaq çoxmu çətindir?
Niyə elektron dərs vəsaitlərinə keçmirik? Bunun üçün nə çatmır?
Təhsil eksperti Qoşqar Məhərəmov problemin mahiyyəti və çıxış yolları ilə bağlı Oxu.Az-a danışıb.
Q.Məhərrəmov sözügedən layihəni reallaşdıran ölkələrin olduğunu qeyd edib:
"Dünyada elektron dərs vəsaitlərinə keçən ölkələr var. Bunun üçün yaxşı nəzarət sistemi olmalıdır. Bacarıqlı bir mütəxəssis tərəfindən planşetlərdə elə bir sistem qurulmalıdır ki, orada müəyyən filtrlər olsun. Oyunların, lazımsız saytların girişinə məhdudiyyət mütləqdir. Çünki neqativ hallar ortaya çıxa bilir. Məsələn, Türkiyədəki "FATİH" layihəsini qeyd edə bilərik. Bu layihə çərçivəsində məktəblərin əksəriyyətinə planşetlər paylanmışdı. Ancaq şagirdlərin bir qismi bu planşetləri satmışdı, digər qismi isə oyunlar yükləmişdi. Sözügedən situasiya məqsədin xaricində bir addım idi. Silikon vadisindəki məktəblərə baxdığımız zaman hələ də ənənəvi alətlərdən istifadə olunduğunu görürük. Azərbaycanda bəzi özəl məktəblərdə bu ideya reallaşdırılıb, elektron dərs vəsaitləri paylanılıb.
Ekspert əlavə edib ki, Azərbaycanda bütün məktəblərdə bu layihəni icra etmək mümkün deyil:
"Çünki özəl məktəblərdə kiçik auditoriya üçün qeyd edilən praktikanı reallaşdırmaq asandır. Lakin dövlət məktəblərində planşetlərə nəzarət üçün hər məktəbə ən azı bir İT mütəxəssisi lazımdır. Yəni çox sayda işçi heyətindən söhbət gedir. Məncə, dərslərin sayını azaltmaq daha uyğun addım olardı, nəinki kitabları planşetlərə yükləmək. Fikrimcə, hər sinifdə şagirdlərin özlərinə məxsus bir kitab rəfi olsa, onlar kitablarını orada saxlasalar, daha effektiv olar. Beləliklə, şagirdlər evlərində şəxsi kompüterlərindən, planşetlərindən istifadə edərək dərslərini hazırlaya bilərlər, məktəblərdə isə kitablardan istifadə etmək olar. Bu məsələ çox ciddi bir problemdir, şagirdlər çox ağır çantaları daşıyırlar, ona görə də alternativ addımlar atmağın vaxtıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 902 Tarix: 05 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr