Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY

Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏYPlanetin istiləşməsi miqrant işçilər üçün həm iqtisadi, həm də sağlamlıq baxımından böyük risklər yaradır. 2023-cü ildə həddindən artıq istiləşmənin qeydə alınması fermerlər, tikinti sahəsində və ümumiyyətlə açıq hava şəraitində çalışan işçilər üçün ağır nəticələrə gətirib çıxarıb.

Bunu "Report"a Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva deyib. O qeyd edib ki, açıq havada çalışan işçilər iqlim dəyişmələrinin ən sərt reallıqları, o cümlədən ekstremal yay və qış mövsumləri, eləcə də qum fırtınaları və daşqınların mənfi nəticələri ilə üzləşirlər:

"Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada milyonlarla işçi - tikinti sektoru, çatdırılma xidmətləri sahəsində çalışan işçilər, küçə abadlığına məsul və başqaları - həssas qruplar və ağır təsirlənənlər arasındadır.

Miqrant işçilər xarici təsirlərdən əlavə, iqlim dəyişmələri fəsadlarından qorunmaq üçün inzibati çətinliklərlə də üzləşirlər. Günorta iş fasilələri və ya açıq havada çalışan işçilər üçün istilərin qarşısının alınması üçün əksər ölkələrdə heç bir tədbir görülmür. Tikinti işçilərindən tutmuş plantasiyada işləyənlərə qədər açıq havada çalışanlar normadan artıq temperatur şəraitində işləməyə davam edirlər. İri ticarət mərkəzləri və digər ictimai binaların sahibləri tərəfindən kondisionerli ictimai yerlərin əksəriyyətinə tikinti işçilərinin daxil olmasına icazə verilmir. Əvəzinə onlar parklarda və ya müxtəlif yaşıllıqlarda dincəlməklə istidən xilas olmağa çalışırlar. Bu hal işçilərin sağlamlığına, gün vurmadan əziyyət çəkməsinə, dəri xərçənginin yaranmasına, tənəffüsün çətinləşməsinə gətirib çıxarır".

Deputat qeyd edib ki, Qlobal İqlim cəmiyyəti, yəni beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, iqlim və ətraf mühit aktivistləri miqrantların iqlim dəyişmələrindən təsirlənən əsas icma qruplarından biri kimi tanınmasını tövsiyə edir:

"Hətta Konvensiya yanında müşahidəçi qismində işçi miqrantlardan ibarət Koalisiyanın yaradılması təklif olunur. Konvensiya yanında hazırda mövcud olan "Fermerlər" həmfikir QHT qrupunda müəyyən mənada miqrant təmsil olunsa da, bu qrupu ayrıca olaraq, miqrantlardan ibarət olması və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən COP-larda bu məsələlərin müzakirələrə cəlb edilməsi məqsədəuyğun hesab edilir. Dünyada davam edən istilik böhranında əlbəttə ki, təsirlənən icmaların rifahı daha böyük müzakirə mövzusu olmalıdır.

Münaqişələr nəticəsində ətraf mühitin deqradasiya da miqrasiyaya mənfi təsir göstərən başlıca amillərdəndir. 90-cı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan, o cümlədən Qərbi Azərbaycandan olan Azərbaycanlılar doğma el-obasından didərgin salınmış, qaçqın və məcburi köçkün olaraq onlar ölkənin digər ərazilərinə miqrasiya etməyə məcbur olmuşdular. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına baxmayaraq əhali öz yurd-yuvasına həmən qayıda bilmədi, ərazilər erməni işğalı zamanı talan edilmiş, dağıdılmış, ağaclar kəsilmiş, mədəni irs məhv olmuş, çaylar çirkləndirilmiş, yaşıllıqlar, ətraf mühit viran qoyulmuşdu. Dəymiş maddi ziyanın məbləği yüz milyardlarla ölçülür. Torpaqların minalanması, minanın torpaqda qaldığı zaman ətraf mühitə təsiri bir ayrı, onun partlaması da digər dəhşətli ətraf mühit deqradasiyası yaradır. Bütün bunlar insanların azad şəkildə öz vətəninə qayıtmasına mane olan ətraf mühit amilləridir".

P.Vəliyevanın sözlərinə görə, miqrasiyaya məruz qalmış insanların vətəninə geri qayıdarkən öz evini viran vəziyyətdə, uçurulmuş görməsi, bir zamanlar yaşadığı məhəlləni, yaşayış obyektlərini yerində tapmaması, eyni zamanda miqrantların mental sağlamlığına, psixoloji durumuna da mənfi təsir göstərir:

"Evlərini, küçələrini, yaşadıqları ərazini daim yaddaşlarında qoyub getdikləri xatırlayan bu insanlar geriyə qayıdarkən fərqli mənzərənin şahidi olur: minalanmış abidələr, küçələr, evlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 844   Tarix: 05 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr