NEXTOOL - Azərbaycan Startapı Qlobal Miqyasda Səs Salır!
NEXTOOL, Jafar Najafov və Aqil Zeynalov tərəfindən qurulan Azərbaycan startapı, qısa müddətdə qlobal texnologiya bazarında böyük uğur qazanaraq, Yahoo Finance və Business Insider kimi nüfuzlu media orqanlarında yer alıb.
Hal-hazırda NEXTOOL, 10,000-dən çox süni intellekt (AI) alətini təqdim edən ən böyük kataloqlardan biridir. Layihə, istifadəçilərin ehtiyaclarına uyğun AI alətlərini tapmalarını təmin edərək onları daha əlçatan edir. NEXTOOL-un həmtəsisçisi Jafar Najafov bu uğur haqqında qeyd edir: "Başlanğıcda sadəcə Google Sheet vasitəsilə müxtəlif AI alətlərini toplayırdıq. Sonra bu məlumatları bir platformada toplamaq ideyası yarandı və beləliklə NEXTOOL-u qurduq."
NEXTOOL, platformanın inkişafı üçün 1 milyon ABŞ dolları həcmində investisiya cəlb etmək mərhələsindədir. Bu maliyyə dəstəyi, platformanın istifadəçi təcrübəsini artırmaq, iOS və Android mobil tətbiqlərinin hazırlanması, eləcə də bazarın genişlənməsi istiqamətində istifadə ediləcək. Həmtəsisçi Agil Zeynalov bu maliyyələşmə mərhələsinin NEXTOOL-un abunəçilər bazasını genişləndirmək və yeni bazarlara çıxmaq üçün vacib olduğunu bildirir: "Yığacağımız investisiya ilə qlobal səviyyədə istifadəçi sayını artırmaq və AI alətlərini hər kəs üçün əlçatan etmək niyyətindəyik."
NEXTOOL hal-hazırda İngilis və İspan dillərində fəaliyyət göstərir və yaxın aylarda Türk, Çin və Fransız dillərini də əlavə etməyi planlaşdırır. Bu, platformanın daha geniş auditoriyaya çıxmasına və AI texnologiyasını hər kəs üçün daha əlçatan etməsinə kömək edəcək.
Bundan əlavə, NEXTOOL-un həftədə iki dəfə 100,000-ə yaxın abunəçisinə AI sahəsində son yenilikləri çatdıran xüsusi newsletter xidməti mövcuddur. Hubspot və Fiverr kimi dünya şöhrətli şirkətlər NEXTOOL-un müştəriləri sırasındadır.
Azərbaycanın qlobal səviyyədə tanınan bu innovativ startapı haqqında daha ətraflı məlumat əldə etmək və NEXTOOL-un uğur hekayəsinə şahid olmaq üçün Nextool rəsmi saytına baş çəkə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3707 Tarix: 05 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabr