Metrostansiyaların platformasında təhlükəsizlik səddi quraşdırılacaq? - RƏSMİ CAVAB/VİDEO
Metronun "28 May" stansiyasında qatarın altına yıxılan şəxs ölüb. O, Bakıya işləməyə gələn 55 yaşlı Şirvan sakini Rövşən Abışovdur.
Metronun "Ulduz" stansiyasında qatar yoluna yıxılan şəxs isə 20 yaşlı Əmirəliyev İlkin Elnur oğludur. Onun ayaqları amputasiya olunub, vəziyyəti ağır-stabildir.
Xezerxeber.az-ın məlumatına görə, son günlər hər iki hadisə sosial şəbəkələrdə geniş müzakirə olunur. Baş vermiş bu hadisələri metrodakı sıxlıqla əlaqələndirənlər də var. Bəs bu fikirlərin əsası varmı?
Metrodakı sıxlığı hər gün bu nəqliyyat növündən istifadə edənlər də təsdiqləyirlər.
Hər iki oxşar hadisə metroda sıxlığın yaratdığı problem kimi göstərilsə də, Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iddiaların əsassız olduğunu deyir. Onun sözlərinə görə, məsələ barədə aidiyyəti qurumların hesabatı əsas götürüləcək.
Bəs belə halların qarşısını almaq üçün metroda təhlükəsizlik tədbirlərinin artırılması, daha dəqiq desək, platforma qapılarının qurulması mümkündürmü?
Metropoliten rəsmisi qeyd edib ki, metrostansiyalarda platforma qapılarının qurulmasının nə qədər effektiv ola biləcəyi hazırda qiymətləndirmə mərhələsindədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1135 Tarix: 06 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabrLeysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı
11 sentyabr"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabr