"Yeganə şahid o qadındır" - Əhməd ifadəsini təsdiqlədi
Öz ailəsinin qatili kimi ittiham olunan Əhməd Əhmədovun məhkəmə araşdırması üç ay sonra qaldığı yerdən davam edir.
"Qafqazinfo"nun məlumatına görə, ətrafdakılar üçün təhlükəli hesab olunan Əhməd saxlanıldığı xüsusi xəstəxanadan polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Məlumat üçün bildirək ki, hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib və jurnalistlər zala buraxılmayıb.
Qısa olaraq xatırlatma edək ki, əvvəlki baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən onun cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsi tövsiyə edilir.
Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.
Bugünkü iclasda sədrlik edən hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin həbsindən bir neçə gün sonra müstəntiqə verdiyi ifadəsini elan edib.
Əhməd həmin ifadəsində etiraf etmişdi ki, mütəmadi olaraq ailəsinə problemlər yaratdığı üçün illər əvvəl ona əlavə ev alıblar. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. Bundan əlavə o iddia edib ki, sanki içindən gələn səslərdə ona "ailəni öldürməlisən" deyilirmiş. Müstəntiqin "yaxşı, bəs, azyaşlı qardaşını və bacının qızını niyə öldürdün", - sualına isə Əhməd "böyüyüb valideynlərinə oxşayacaqlarını düşündüyüm üçün…", - cavabını verib.
O, cinayətin yeganə şahidinin qonşuluqda yaşayan adını bilmədiyi qadın olduğunu deyib. Həmin qadının Əhmədin anasını və qardaşını öldürərkən ona mane olmaq istəməsi, lakin qarşısındakı mənzərədən qorxduğu üçün polis çağırmaqdan başqa nə isə edə bilmədiyi barədə əvvəlki yazımızda məlumat vermişdik.
Ümumilikdə təqsirləndirilən şəxsin indi elan olunan ifadəsində dediklərini ibtidai istintaq bitən kimi saytımızda dərc etmişdik. Bu səbəbdən bütövlükdə təkrar təqdim etmirik.
***
Prosesdə iştirak edən Əhmədin vəkili Sənan Hüseynov deyib ki, müvəkkili istintaq dövründə dediklərini təsdiq edib. Əlavə nə isə demək istəməyib. Hakim müttəhimin anlaqsız olduğunu nəzərə alaraq istəyini qəbul edib. Proses oktyabrın 10-u hüquqi varislərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yaddaşlara həkk olunub. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyi ilə anlaqlı olduğu təsdiq edilsəydi, cəzası ömürlük həbs olmalı idi.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2597 Tarix: 08 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqustBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqust