Əlilliyə görə nəzərdə tutulan sosial müavinətlər bu vaxtdan artırılacaq - AÇIQLAMA

Əlilliyə görə nəzərdə tutulan sosial müavinətlər bu vaxtdan artırılacaq - AÇIQLAMADaha çox müzakirə olunan əsas problemli məsələlərdən biri də sosial müavinətlərin artırılması ilə bağlıdır. Sosial müavinətlər içərisində xüsusi diqqətin göstərilməsi tələb olunan isə əlilliyə görə veriləndir. Bəs, 2025-ci ildən sözügedən müavinətin artırılması gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Pərviz Heydərov danışıb.

İqtisadçı ekspert açıqlamasında 2019-cu ildən bu yana baş tutan 4-cu sosial paketdən sonra, yeni ildə 5-ci sosial paketin icrası baş tutacaq və burada əlilliyə görə nəzərdə tutulan sosial müavinətin artırılması da gözlənildiyini qeyd edib:

"Bildiyimiz, kimi bu yaxınlarda dövlət başçımız Millim Məclisin yeni tərkibdə ilk iclasındakı çıxışı zamanı minimum əməkhaqqının və minimum pensiya məbləğinin artırılması haqqında hökumətə göstəriş verildiyini bəyan etdi. Bundan əlavə Prezident yanında keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə də dövlət başçımız bir daha vurğuladı ki, hökumətə minimum əməkhaqqı və minimum pensiya məbləğinin artırılması haqqında göstəriş verib. Artıq bəlli olan budur ki, gələn ilin yanvar ayından minimum əməkhaqqının artırılacaqdır. Amma sosial müvinətlərə gəldikdə isə bu sahədə də artımın olub-olmayacağı dəqiq bəlli deyil.

Bütövlükdə isə 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətdə ayrılan məbləğlə əsasən qeyd etmək olar ki, növbəti ildə 2019-ci ildən bu yana həyata keçirilən sayca 4-cü sosial paketdən sonra, gələn il 5-ci sosial paketin icrası baş tutacaq və yəqin ki, onun tərkibində sosial müavinətlər də artırılacaq. Əlilliyə görə verilən sosial müavinətin də artırılacağı istisna deyil. Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, həqiqətən də bölgədə bir neçə sayda və təyinatda müvafiq olaraq sosial müvinətlər mövcutdur və verilir. Bunların içərisində xüsusi diqqət tələb edən və daha çox artıma ehtiyacı olan düşünürəm ki, məhz əlilliyə görə verilən sosial müavinətdir. Yaxşı olardı ki, müavinətlər içərisində əlilliyə görə verilən sosial müavinətin daha ço artılması üçün xüsusi diqqət yetirilsin. Çünki, əlilliyə görə verilən sosial müavinət aşağı səviyyədədir. Bu insanların xüsusi qayğıya ehtiyacı var. Misal üçün, l qrup şəxslərə aylıq 100 manat məbləğində sosial müavinət verilir ki, bu da çox aşağıdır. Odur ki, bu məbləğlər daha çox artırılsa yaxşıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 12461   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr