Keçmiş arvadının evinə gizli girdi - Cinayət işi açıldı
Ağstafa rayonunda keçmiş həyat yoldaşının yaşadığı evə icazəsiz daxil olan şəxsə cinayət işi açılıb.
"Qafqazinfo" xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini 1986-cı il təvəllüdlü Mamed Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bildirilib ki, bir müddət əvvəl M.Hacıyev həyat yoldaşından rəsmən boşanıb. Qadın bundan sonra Həsənsu kəndində anasından miras qalmış evdə yaşamağa başlayıb. M.Hacıyev isə boşandıqdan bir müddət sonra keçmiş arvadının yaşadığı evə gecə saat 05 radələrində gizli şəkildə daxil olub. Bunu görən qadın səs-küy salaraq onu evdən kənarlaşdırıb və polisə məlumat verib.
Ağstafa Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci maddə üzrə təqsirli bilinib. Ona 350 saat ictimai işlər cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1474 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 yaşlı oğlan bıçaqlandı
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, 1996-cı il təvəllüdlü Anar Lətiflinin mübahisə zəminində həmyerlisi 2001-ci il təvəllüdlü Anar Əkbərovu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı araşdırma başlanılıb
1 iyunHamlet Musayevin qızı həbsdən azad edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev
20 mayŞəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb
1 iyunDəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı
Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində
16 aprelQaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI - VİDEO
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisind
7 aprelTut ağacından yıxılıb öldü
Gəncə sakini ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. Belə ki, 62 yaşlı Bəhram Aslanov tut ağacından yıxılıb və hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb
13 iyun