Mesut Özili Şəkiyə gətirən səbəb - AÇIQLAMA
Mesut Özil bir neçə gün öncə "Qarabağ"ın futbolçuları ilə görüşmək üçün Azərbaycana gəlmişdi. Ölkəmizə səfəri zamanı Şəkiyə də yollanan türk əsilli almaniyalı burda "Şəki Siti"nin oyununu da canlı izləyib.
Sonxeber.az xəbər verir ki, II Liqa təmsilçisinin prezidenti Elgün Hüseynov Offsideplus.az-a açıqlamasında ulduz futbolçunu matça gəlməyə necə razı salmalarından danışdı:
"Mən əvvəldən Mesut Özilin Şəkiyə gələcəyini eşitmişdim. Burda dini mədrəsəni ziyarət edəcəyini bilirdim. Mədrəsənin rəhbərindən xahiş elədim. Çox çalışdıq. Özilin "Qarabağ"la görüşəcəyi məlum idi. Amma, Şəkidə futbola gələcəyi məlum deyildi. Bir az çətin başa gəldi. Biz də çox israr etdik. Bir gün əvvəl gedib Mesutla axşam yeməyində görüşdüm, danışdıq. Oyuna gəlməyə razılaşdı".
Klub rəhbəri görüşə azarkeş marağını da qeyd etdi:
"Stadionda 1500-ə yaxın azarkeş var idi. Ümumilikdə 601 bilet satılıb. Bunlardan 471-i stadionda, 130-u isə sosial şəbəkələrdə satılıb. Bilet satışından 1202 manat gəlir əldə etdik. Daha çox gözləyirdim. Sadəcə vaxtımız az oldu. Axşam bildim ki, Mesut Özil matça gələcək. Reklama, afişaya vaxt olmadı. Hətta insanlar onun gələcəyinə inanmırdı. Azərbaycan futboluna azarkeşlərin marağını artırmaq üçün belə tədbirlər daha çox lazımdır".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1888 Tarix: 15 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabrBakıda konkur üzrə "Omar" kuboku keçirilib
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış
12 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabrBu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabr