Ürək tutması diaqnozunda yeni inqilab: dəqiqələr içində müəyyən edilə biləcək
Ürək tutması dünyada ən çox yayılan ölüm səbəblərindən biri olaraq qalır. Lakin elmi tədqiqatların nəticəsi olaraq artıq ürək tutmasını dəqiqələr içində müəyyən edən yeni qan testi hazırlanıb. ABŞ -nin məşhur Cons Hopkins Universitetindən olan alimlər bu yeniliyi həyata keçirdərək, ürək tutmalarını sürətli və dəqiq şəkildə müəyyən edən bu testin təcili tibbi yardımları daha effektiv və çevik hala gətirəcəyini qeyd edirlər.
Ürək tutmaları ani müdaxilə tələb edir və erkən diaqnoz həyat qurtarmaq üçün kritik rol oynayır. Bununla belə, bu cür diaqnozun erkən mərhələlərdə qoyulması, simptomların fərqlilik göstərməsi və bəzən aşkarlanmasının çətin olması səbəbindən son dərəcə çətin ola bilər.
Musavat.com TRTHaber-in məlumatına əsasən bildirir ki, Cons Hopkins Universitetinin tədqiqatçısı Peng Zheng, yeni texnologiyanın bu çətinliyin öhdəsindən gələ biləcəyini açıqlayıb: "Ürək tutmalarını erkən mərhələdə müəyyən etmək həyati əhəmiyyət daşıyır, lakin klinik şəraitdən kənarda bunu etmək çox vaxt qeyri-mümkün olur. Hazırladığımız bu yeni test isə insanların ürək tutması keçirib-keçirmədiyini tez və dəqiq müəyyənləşdirməyə imkan verir".
Hər il təkcə ABŞ-da 800 mindən çox insan ürək tutmasından əziyyət çəkir. Yeni yaradılan bu qan testi isə bir neçə dəqiqə ərzində ürək tutmasının biomarkerlərini müəyyən etmə qabiliyyətinə malikdir. Bu çip texnologiyası, Raman spektroskopiyası vasitəsilə ürək tutmasının bioloji göstəricilərini saniyələr içində aşkarlaya bilir.
Yeni test, kritik anlarda həyat qurtara bilər
Tədqiqat qrupu bu texnologiyanı daha geniş tətbiq sahələrinə uyğunlaşdırmağı və xəstəxanadan kənarda da istifadə edilə biləcək əl cihazı şəklinə gətirməyi planlaşdırır. Aparıcı tədqiqatçılardan biri olan İshan Barman, "Gələcəkdə bir damla qan ilə saniyələr içində diaqnoz əldə edə biləcəyimiz əl cihazları yaratmağı ümid edirik" deyə bildirib. Bu cür cihazların təcili yardım qrupları və ya evdə istifadə üçün son dərəcə dəyərli olacağı düşünülür. Üstəlik, bu texnologiyanın yalnız ürək tutmalarını deyil, həmçinin xərçəng və digər infeksion xəstəliklərin diaqnozu üçün də uyğunlaşdırıla biləcəyi bildirilir.
Tədqiqat qrupu qan testini daha da inkişaf etdirməyi və daha böyük klinik sınaqlar keçirməyi planlaşdırır. Bu sürətli və dəqiq diaqnoz texnologiyası, ürək-damar sistemində diaqnostik üsullarda böyük bir irəliləyiş kimi qiymətləndirilir. Barmanın dediyinə görə, bu platforma texnologiyası üçün heç bir məhdudiyyət yoxdur və onun ticarət potensialı olduqca böyükdür.
Nəticədə, bu inqilabi qan testi, ürək tutmalarının diaqnostika və müalicə üsullarını köklü şəkildə dəyişdirə bilər, kritik anlarda tez müdaxilə imkanı yaradaraq saysız həyat qurtarmaq potensialına sahibdir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1450 Tarix: 20 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrSəsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
8 oktyabrYüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabr3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14 oktyabr70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabr100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA
Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə
27 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabr