"Deyirdilər ki, Qurbanovun hər gecə klubunda adamı var"

"Deyirdilər ki, Qurbanovun hər gecə klubunda adamı var""Ayaks"ın yetirməsi və "Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon iki sabiq komandasının Avropa Liqasındakı dueli öncəsi müsahibə verib.

"Qafqazinfo"nun məlumatına görə, niderlandlı bu barədə "Ajax Life" jurnalına danışıb.

Karyerasını başa vuran 37 yaşlı futbol veteranı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə fikirlərini bölüşüb:

"Qurban Qurbanov elə fikirləşirdi ki, mən çox kökəm. 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Əgər buna riayət etməsəydim, cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi - 9 il sonra bir az dəyişib. Amma mən ona uyğun gəlmirdim".

"Deyirdilər ki, Qurbanovun hər gecə klubunda adamı var"Pupon deyib ki, "Qarabağ"la avrokuboklarda oynamaqda da maraqlı olub: "Klub Çempionlar Liqasının təsnifat mərhələlərində oynayırdı. Mən də sınamaq və macəra yaşamaq qərarına gəldim. Xanımım və bir yaşlı qızımla ora yollandım".

"Deyirdilər ki, Qurbanovun hər gecə klubunda adamı var""Dil məsələsi problem idi. Klubda tərcüməçim vardı. Amma klubdan kənarda yox idi. Azərbaycanda türk və rus dillərində danışırlar. Sonradan Türkiyədə də oynadım. Orada sutkanın istənilən vaxtı əlim çatan biri var idi, amma Bakıda yox", - deyə ölkəmizdə yarım il keçirən niderlandlı ən böyük problemini yada salıb.

Qeyd edək ki, Pupon "Qarabağ"da çıxış etdiyi müddət ərzində 15 oyunda bir qol vurmuşdu.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1235   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq. -ın məlumatına görə, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax"

13 oktyabr
.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib

20 oktyabr
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14 oktyabr
.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr