Söküntü maqnatı Zülfəli İsmayılov niyə məsuliyyətə cəlb olunmur?

Söküntü maqnatı Zülfəli İsmayılov niyə məsuliyyətə cəlb olunmur?Paytaxta yağan güclü yağışlar nəticəsində ortaya çıxan mənzərə bir çox müzakirəli məsələləri gündəmə gətirib. Yağıntılar nəticəsində fəsadlarla üzləşən Bakının bu vəziyyətə düşməsinin səbəbkarları saymaqla bitmir. Siyahıda çoxlarının adı hallansa da, ən çox diqqət Bakı Şəhər İcra Hakimiyyətinin üzərindədir.

Pravda.az xəbər verir ki, Meriyanın fəaliyyəti ilə bağlı müzakirələrdə ta paytaxtın sabiq meri Hacıbala Abutalıbovun dövründən bəri 17 ildir, "söküntü işlərinə baxan" Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov yenidən gündəmə gəlib.

Fəaliyyətə başladığı illərdən bu günə qədər Bakı sakinlərinin "ev yıxan, ev dağıdan, adamların evini başına uçurdan" kimi tanıdıqları "buldozer" ləqəbli Zülfəli İsmayılovun da yağıntılar zamanı baş qaldıran problemlərdə məsuliyyət daşıdığı bildirilir.

İsmayılovun adını axtarışa verdikdə onun fəaliyyəti barəsində ölkə mediasında müsbət fikirə rast gəlmək mümkün deyil. Mətbuatda yayılan xəbərlərdə onun "söküntü işlərindəki məharəti" nəticəsində milyonlar qazandığı deyilir. Xatırlatmaq yerinə düşər ki, Bakıda 2010-cu illərin əvvəllərində "Basin" adlanan Füzuli küçəsində də, 2014-cu illərin sonlarında "Sovetski" adlanan ərazidə də qalmaqallı söküntü işləri Zülfəli İsmayılov rəhbərliyi və nəzarəti ilə aparılıb.

Çox uzağa getməyək. İsmayılov 2022-ci ildə Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın söküntüsü zamanı nərə çəkərək sakinlərin evini başlarına uçurmuş, "evyıxan məmur" görüntüsü ilə də gündəmə gəlmişdi. O, əksər söküntü işlərini məhkəmə qərarı olmadan apardığı üçün hüquqşünaslar da dəfələrlə açıqlamalarında bildiriblər ki, buna yol verən şəxslər Cinayət Məcəlləsinin 186-cı "Əmlakı qəsdən məhvetmə və zədələmə" maddəsinə görə, 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Beləliklə, icra başçıları dəyişsə də, öz postunu qorumağı bacaran Zülfəli İsmayılovun aparılan yoxlamalar nəticəsində dəfələrlə həbs olunacağı ilə bağlı xəbərlər yayılsa da, o, yaxasını qurtarmağı bacarıb.

Bir müddət əvvəl Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovu mer kimi qəbul etməməsi, mer olmaq sevdasına düşməsi barədə yayılan xəbərlərlə də gündəmə gələn İsmayılov zaman-zaman özü barəsində sifarişli yazılar dərc etdirərək əməllərini pərdələməyə çalışıb. "Qazilərə, məcburi köçkünlərə, kimsəsizlərə əl tutması" haqda "bəy tərifi" yazılar, təəssüf ki, Zülfəli müəllimin "buldozer"i qədər iti ola bilməyib.

Zülfəli müəllimin fəaliyyət tarixçəsindən də görünür ki, onun tikməklə arası olmadığı üçün paytaxtımızda aparılan tikinti işlərini nəinki təftiş, heç nəzarətə ala bilməyib. Nəticədə isə göydən yağış düşən kimi şəhərdə "Titanik" effekti yaranır…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1595   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr