"Qubadlı artıq öz tarixi sahiblərinə qayıdıb və yeni inkişaf perspektivlərinə doğru irəliləyir" - Deputat

"Qubadlı artıq öz tarixi sahiblərinə qayıdıb və yeni inkişaf perspektivlərinə doğru irəliləyir" - Deputat"25 oktyabr - Qubadlı şəhərinin işğaldan azad edilməsi günü Azərbaycan xalqı üçün tarixi bir gündür. Ölkə Prezidenti cənab İlham Əliyev "Qubadlıya öz sahibləri qayıdıb" və "Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı" ifadələri ilə bu günün və Qubadlı şəhərinin xalqımız üçün olduqca önəmli olduğunu vurğulayır".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin yeni bir mərhələsi oldu:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkarlığı, fədakarlığı və müasir döyüş taktikaları bu əməliyyatın uğurla başa çatmasına səbəb oldu. Qubadlı şəhərinin azad edilməsi yalnız bir şəhərin geri alınması deyil, həm də müharibənin gedişatında əhəmiyyətli bir dönüş nöqtəsi oldu. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunmuşdur. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

1993-cü ilin avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal olunması nəticəsində 29997 nəfər ev-eşiyindən didərgin düşərək məcburi köçkünə çevrildilər və rayonun infrastrukturuna ciddi ziyan vuruldu. Rayonda yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati və sosial obyektlər, mədəniyyət abidələri və məscidlər, o cümlədən avtomobil yolları və digər infrastrukturlar dağıdılıb yararsız vəziyyətə salınmışdır. Bu vəziyyət, Qubadlı rayonunun mədəni və iqtisadi həyatına ağır bir zərbə oldu.

Qubadlı rayonunun azad edilməsindən sonra Dövlət tərəfindən bölgənin bərpası və inkişafı üçün müvafiq planlar hazırlanmışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə "Qubadlı şəhəri günü" təsis edilmişdir. Bu, şəhərin tarixi və mədəni irsinin əbədiləşdirilməsi baxımından olduqca əhəmiyyətli hadisədir.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələr sürətlə həyata keçirilir. Qubadlı rayonunun elektrik enerjisi tələbatını artırmaq üçün yeni yarımstansiyaların inşası davam edir. 2023-cü il ərzində Qubadlı rayonunda yeni avtomobil yollarının və su anbarlarının tikintisi ilə bağlı mühüm layihələr həyata keçirilib. Bununla yanaşı, Qubadlı gömrük postunun yaradılması da bölgənin iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Həmçinin, "ANAMA"-nın partlamamış hərbi sursatlar qrupu tərəfindən Qubadlı rayonunda 3 milyon 6 yüz min kvadratmetr ərazi minalardan təmizlənib".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır:

"Eyni zamanda 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev tərəfindən "Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalanıb.

Prezident İlham Əliyev, azad olunmuş Qubadlıya bir neçə dəfə səfər edib. Bu səfərlər çərçivəsində şəhərdəki infrastruktur layihələrinin açılışları və təməlqoyma mərasimləri keçirilib. 2023-cü ilin mayında Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin və mərkəzi xəstəxananın təməlqoyma mərasimləri təşkil edilib. Bu tədbirlər, Qubadlıda yeni inkişaf dövrünün başladığını göstərir. Qubadlı rayonunun gələcək inkişafı Dövlətin diqqət mərkəzindədir. Qubadlı artıq öz tarixi sahiblərinə qayıdıb və yeni inkişaf perspektivlərinə doğru irəliləyir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1493   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr