"BRICS-ə üzvlük Azərbaycan üçün iqtisadi və siyasi baxımdan yeni imkan və perspektivlər vəd edir" - DEPUTAT

"BRICS-ə üzvlük Azərbaycan üçün iqtisadi və siyasi baxımdan yeni imkan və perspektivlər vəd edir" - DEPUTAT"Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BRICS-in növbəti sammitində iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərinə səfər etmişdir. Azərbaycan Prezidentinin BRİCS sammitində iştirakı olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada çətin və mürəkkəb proseslərin getdiyi, siyasi, iqtisadi katakilizmlərin, müharibə və münaqişələrin günü-gündən daha da şiddətləndiyi bir dövrdə yeni əməkdaşlıq perspektivlərinin ön planda olması olduqca önəmlidir. Qeyd etmək laızmdır ki, çoxvektorlu siyasət həyata keçirən Azərbaycan uzun illərdir ki, Qərb dövlətləri və güc mərkəzləri tərəfindən ikili standartlarla və qərəzli münasibətlə üz-üzə qalır. Bu baxımdan da BRICS-ə üzv olmaq Azərbaycan üçün yeni üfüqlər, yeni imkanlar vəd edir".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Qərbmərkəzli qlobal dünya nizamına alternativ bir qrup olaraq təqdim edilən BRICS, dünya əhalisinin 40%-ni (3.6 milyard), planetin 40 milyon kv kilometrini, qlobal iqtisadiyyatın isə 30%-ni əhatə edir. BRICS-ə üzv olmaq istəyən dövlətlərin sayı ilbəil artmaqdadır:

"Bu günə qədər 40-dan çox ölkə BRICS-ə üzv olmaq niyyətlərini bildiriblər. Müraciətçilər daha çox inkişaf etməkdə olan ölkələrdir. BRICS-in digər ittifaqlara üzvlüklə bağlı hər hansı bir şəkildə məhdudiyyətlər qoymaması və təşkilata qəbul meyarlarının sadə olması onun cəlbediciliyini artıran digər faktorlardır.
Məlumdur ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Qoşulmama Hərəkətində uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. CƏnab Prezidentin çıxışında qeyd etdiyi kimi " Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib". Həmçinin, Azərbaycan COP29 sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Azərbaycan artıq bu iki qütb arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək. Bu konteksdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.
Azərbaycan hökuməti avqust ayının 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət ünvanlayıb.
Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycan Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalamışdır. Bu, Azərbaycanın Qərbdən kənar alternativ güclərlə də siyasi-iqtisadi təmasları şaxələndirməyə maraqlı olduğunu göstərir. Əlavə olaraq, Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatında 8 ildir tutmuş olduğu dialoq üzrə tərəfdaşlıq statusundan müşahidəçi statusuna yüksəldilməsi üçün də müraciət edib.
Azərbaycanın bu təşkilata üzvlüyü ilk növbədə bizim iqtisadi maraqlarımızdan irəli gəlir. Bu qurumun çox ciddi iqtisadi potensialı var və Azərbaycan dövləti faktiki olaraq dünyanın ən böyük əraziyə, ən böyük əhaliyə və ən böyük iqtisadiyyata malik , onluğuna düşən dövlətləri ilə bir sırada dayanacaq . Bu təşkilata üzvlük Azərbaycana çox ciddi investisiya cəlbi baxımından da əhəmiyyətlidir.

Tamam Cəfərova fikirlərinin davamı olaraq, xüsusilə vurğulayıb ki, BRICS-ə üzvlük beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində Azərbaycanın həyata keçirdiyi çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Beləki, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizi üzərində yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan BRICS-ə üzv olan ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda yüksək səviyyədə əməkdaşlıq edir. Bir daha vurğulamalıyıq ki, Azərbaycanın BRICS sammitinə dəvət olunması özlüyündə üzv dövlətlərin ölkəmizə və onun ali rəhbərinə olan hörmət və ehtiramın bariz göstəricisidir. Eyni zamanda onu qeyd etməliyik ki, BRICS-ə üzvlük Azərbaycan üçün iqtisadi və siyasi baxımdan yeni imkan və perspektivlər vəd edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1407   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr