"Azərbaycanın BRİCS sammitində iştirakı ölkənin regional və qlobal məsələlərdə söz sahibi olma imkanlarını artırır" - DEPUTAT
"Cənab Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİCS Sammitinin "Outreach" "BRİCS+" formatında iştirak etməsi Azərbaycanın xarici siyasətindəki mühüm məqamları və Rusiya ilə münasibətlərin strateji müstəvisini aydınlaşdırmaq imkanı yaradır".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, BRİCS Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası arasında qurulan və dünya iqtisadiyyatında Qərbə alternativ bir güc mərkəzi yaratmağı hədəfləyən bir təşkilatdır:
"Azərbaycanın BRİCS sammitində iştirakı, ölkənin regional və qlobal məsələlərdə söz sahibi olma imkanlarını artırır. Bununla yanaşı ölkə rəhbərimiz cənab İlham Əliyev BRİCS platformasından faydalanaraq regional inkişafın təşviqi üçün yeni perspektivlər yaradır.
Azərbaycan balanslaşdırılmış müstəqil xarici siyasət həyata keçirməklə Gürcüstan və Ermənistandan fərqli olaraq Rusiya ilə müttəfiqlik münasibətlərini qorumağa çalışır. Ölkələrimiz arasındakı əlaqələr son illərdə Cənubi Qafqaz bölgəsində dinamik geosiyasi dəyişikliklər fonunda daha müasir səviyyəyə daxil olub. Rəsmi Bakı və Moskva bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən MDB çərçivəsində birgə fəaliyyət göstərməklə strateji tərəfdaşlıq əlaqələrini artan templə inkişaf etdirirlər".
Deputat vurğulayıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:
"Kənd təsərrüfatı, regional təhlükəsizlik və enerji sektoru ikitərəfli əlaqələrin mühüm aspektlərini təşkil edir. Hər il Azərbaycanda istehsal olunan kənd təsərrüfatı təyinatlı məhsulların böyük bir hissəsi məhz Rusiyaya ixrac olunur. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Rusiya ilə münasibətlərin daha da genişləndirilməsində və inkişafında maraqlıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1574 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr