Qurban Qurbanovdan istefa ilə bağlı suala - Cavab

Qurban Qurbanovdan istefa ilə bağlı suala - Cavab"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Ayaks" 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Sonxeber.az xəbər verir ki, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:

- Məğlub olduq. Oyuna heç də pis hazırlaşmamışdıq. Bunu siz də hiss etdiniz ki, oyuna çox dinamik başladıq. Ancaq sonda belə bir məğlubiyyət oldu. Oyunçularımızın qırmızı vərəqə alması daha pisdir. Digər oyunlarımız üçün də futbolçularımızın sayı azalır. Biz böyümək istəyirik. Ancaq bunun üçün bir çox elementlər lazımdır. Bəsit penaltilər, bəsit vərəqələr verilirsə, belə oyunlarda biz də detallara diqqət etməliyik. Komandam cəsarəti qoruyub saxlasa, daha yaxşı olacağına inanıram. Belə bir komandanın burada olması bizim üçün avantajdır".

- Həm Juilo Romao, həm də Elvin Cəfərquliyev neçənci dəfədir ki, qırmızı vərəqə alır, onlarla söhbətiniz olacaq?

- Onlarla söhbət mütləq olacaq. Futbol mübarizə oyunudur. İlk mən futbolçunu qınayıram. Amma belə epizodlarda qırmızı verirlərsə, onda biz futbol oynamayaq. Bəzən ayaq sürüşür, bəzən özünü saxlaya bilmir. Həm Elvinin, həm Romaonun epizodunda hakimin verdiyi qərarlar biraz maraqlı gəldi mənə. Yəqin biz hakimlərin qayda-qanununu dərindən bilmirik. Bir komanda azlıqda qalırsa, buna görə ikinci sarı alırsa, demək ki, bunun arxasında nəsə durur. Mən hakimlərə nəsə demək istəmərəm, onların üzərinə getməmişəm. Bu hakimlər ölkəyə, bu azarkeşə hörmət edərək gəlməlidirlər. Mənə təsir edən odur ki, azlıqda qalan komandaya vərəqələr verirdilər. Amma inanmıram ki, bunu böyük komandaya qarşı edə bilərdilər.

- Heyət onsuz da kasad idi. Qırmızı vərəqə alan futbolçular qarşıdakı oyunu buraxacaq və bizi səfərdə Norveçin "Budo-Qlimt" klubu ilə ağır oyun gözləyir. Nə düşünürsüz?

- Biz yaxşı hazırlaşırıq. Əlimizdə nə qədər futbolçu qalacaqsa, onlarla çəkinmədən oynayacağıq.

- Bəhlul Mustafazadəni son anda meydana buraxdınız. Sizcə, Bədavi Hüseynovun yerinə o, olsaydı, daha yaxşı olardı?

- Bu gün belə qərar verdik ki, Bədavi Hüseynov və Kevin Medina daha hazırlıqlı idi. Bəhlulun da səhvləri olub müdafiədə. Amma o bizim hər halda əsas oyunçumuzdur. Meydanda olsaydı, biz qalib gələrdik kimi fikirlər məndə yoxdur. Bu gün mənim baxış bucağıma görə Bədavi və Kevin oynamağa layiq idilər.

- "Qarabağ" sanki, son zamanlar məğlubiyyətlə razılaşır. Bunun səbəbi nədir?

- Biz bu gün də məğlubiyyətlə barışmırıq. 10 nəfər qalsaq da, rəqibdən çəkinmədik, geri çəkilmədik. Nə oyunun əvvəli, nə də oyunun sonunda... İstənilən komanda illər boyu uğurlu ola bilməz. Hardasa eniş olur. Məğlubiyyət olsa da, oyunumuz da yaxşı idi. Bütün matçlarda belə idi. Hər zaman da belə olacaq. "Bayer" keçən il bütün oyunları qazansa da, bu il o qədər də uğurları yoxdur.

- Sizin istefanızla bağlı paylaşımlar olur. Bu barədə nə deyə bilərsiz? Məşhurlar da sizin getməli olduğunuzu deyirlər…

- Bilmirəm ki, onlara nə deyim, sözüm yoxdur. Mən istənilən sahədə uğurlu olan azərbaycanlını dəstəkləyirəm. Sosial şəbəkələrdən də buna görə uzağam ki, nəsə yanlış olar.(Qafqazinfo)


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2014   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq. -ın məlumatına görə, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax"

13 oktyabr
.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib

20 oktyabr
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14 oktyabr
.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr