"XVI BRİCS sammitində iştirakımız siyasi, iqtisadi, mədəni və digər əməkdaşlıq sahəsində növbəti uğurlara zəmin yaradacaq" - Deputat
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kazan şəhərində keçirilən BRİCS sammitində iştirakı, səfər əsnasında bir sıra mühüm görüşlər keçirməsi ölkəmiz üçün olduqca böyük əhəmiyyət daşıyır. 36 dövlət və 6 beynəlxalq təşkilatdan ibarət nümayəndə heyətinin qatıldığı bu mötəbər tədbirdə iştirakımız BRİCS-də təmsil olunan dövlətlərlə münasibətlərimizin daha da inkişaf etməsi, yeni əməkdaşlıq perspektivləri vəd edir. Bu gün öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib, ölkəmizin ərazisindən "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri keçir. Bu da təbii olaraq BRİCS dövlətlərinin ölkəmizə marağını daha da artırır".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib.
Deputat vurğulayıb ki, 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatıldığı BRİCS sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu diqqətə çatdırıb. "Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib:
"Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir", - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti COP29-un Bakıda keçirilməsi məsələsinə də toxunub. Növbəti ayda Bakının ən böyük beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyini vurğulayıb. "Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik", - deyə dövlətimizin başçısı bildirib.
XVI BRICS sammitində BRICS-in tərkibinin genişlənməsi, daha böyük beynəlxalq təşkilata çevrilməsi üçün yeni üzvlərin qəbul edilməsi əsas məqamlardan biri idi. Azərbaycanın və digər ölkələrin üzvlük haqqında istəyini ifadə etməsi BRICS-in qlobal təsir dairəsinin daha da genişləndiyini və beynəlxalq platforma olaraq əhəmiyyətinin artdığını nümayiş etdirir. Sözsüz ki, iqtisadi əməkdaşlıq və qlobal problemlərin müzakirə edildiyi XVI BRİCS sammitində iştirakımız siyasi, iqtisadi, mədəni və digər əməkdaşlıq sahəsində növbəti uğurlara zəmin yaradacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA