Oğlu öldürülən atadan gözlənilməz çıxış - "Azadlığa buraxın"

Oğlu öldürülən atadan gözlənilməz çıxış - "Azadlığa buraxın"Sabunçu rayonunda dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas maraqlı epizodla yadda qalıb.

Baxılan cinayət işində Rəhim həmyaşıdı Rəşid İmanovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməyə görə mühakimə edilir. Ona əməlinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiya həddi də ömürlük məhkumluğa qədərdir.

Fotoda: Rəhim Əsədov
Oğlu öldürülən atadan gözlənilməz çıxış - "Azadlığa buraxın"Öldürülən gəncin hüquqi varisi atası Rüstəm İmanovdur. O, məhkəmədə gözlənilməz çıxış edib. Oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hətta dərhal azadlığa buraxılmasını xahiş edib. Onun dedikləri məhkəmə salonunda oturan hər kəsi təəccübləndirib: "Mən istəyirəm onu azadlığa buraxasınız. Cavan uşaqdır. Nədir olub da… Olardı ki, mənim oğlum da onu öldürərdi. İstəmirəm o, mənim dustağım olsun".

Hüquqi varisin bu sözləri Rəşidin nənəsini özündən çıxarıb, "Nə danışırsan sən, hara buraxsınlar? Mənim uşağımı yaman günə qoyona ömürlük cəza verilməlidir".

Fotoda: Rüstəm İmanov
Oğlu öldürülən atadan gözlənilməz çıxış - "Azadlığa buraxın"Novruz Kərimovun sədrlik etdiyi hakimlər və prokuror hüquqi varisin dediklərini başadüşülən hesab etməyib.

Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.

Qeyd edək ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.

Sail Ağasəlim
Oğlu öldürülən atadan gözlənilməz çıxış - "Azadlığa buraxın"Oğlu öldürülən atadan gözlənilməz çıxış - "Azadlığa buraxın"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1734   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr