Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Xaçmaz Rayon İcra Hakimiyyətinin "Yaşıllıqların salınması işlərinin satınalınması" ilə bağlı elan etdiyi tenderin qalibi "Safarı" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
32gun.az xəbər verir kimi, tərəflər arasında 229.380,2 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən Tuya ağacı, Arizona şam ağacı, Leylandra ağacı, Xan çinarı, Eldar şamı, qazon, Mövsümi güllər alınmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari" MMC 8 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Qusar rayonu, Qusar şəhəri, Şərifov küçəsi, ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğludur.
"Safari" MMC 24 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumata rast gəlinmir.
Mübariz Verdixanov isə yerli mediada "tender kralı" kimi təqdim edilir. O, "Safari" MMC ilə yanaşı daha iki şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər "Safari Bak Upak" MMC və "Pioneer" MMC-dir.
Mediada "Safari Bak Upak" MMC-nin təsisçiləri kimi keçmiş deputat Asya Manafovanın qardaşı Mikayıl Manafovla keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun adı çəkilir.
Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub.
Mikayıl Manafov 2010-cu ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrlə təqsirli bilinən Mikayıl Manafov 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, Mübariz Verdixanovun şirkətləri əsasən icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olur.
Xatırladaq ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O ötən il özünə 450 min manat dəyərində olan "Range Rover" alması ilə gündəmə gəlmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8924 Tarix: 26 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr