Ölkəmizdə elektrikli avtomobillərə maraq artıb: Bəs usta, ehtiyat hissələrini necə tapaq? - PROBLEM - ARAŞDIRMA

Ölkəmizdə elektrikli avtomobillərə maraq artıb: Bəs usta, ehtiyat hissələrini necə tapaq? - PROBLEM - ARAŞDIRMABütün dünyada olduğu kimi, ölkəmizdə elektrikli avtomobillərə maraq artıb. Satış göstəriciləri də bunu sübut edir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə çıxışı zamanı bildirib ki, ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb. Həm ekoloji, həm də iqtisadi baxımdan bu avtomobillər olduqca sərfəlidir. Elektrikli avtomobillər təmiz enerji ilə işlədiyi üçün karbon emissiyalarını azaldır və ətraf mühitə daha az zərər verir. Həmçinin yanacaq xərcləri də ənənəvi daxili yanma mühərrikləri ilə müqayisədə aşağıdır. Lakin müsbət tərəfləri çox olsa da, əhalinin bir qismində elektrikli avtomobillərə inam tam formalaşmayıb. Kimisi şarj stansiyalarının azlığından ehtiyat edir, kimisi usta çatışmazlığından, kimisi də xidmət mərkəzlərinin az olmasından narahatdır.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Məlumat üçün bildirək ki, 2024-cü ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin təklifləri əsasında hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.

Şarj stansiyaları ilə bağlı problem olmayacaq

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, hazırda Bakı və bölgələr üzrə quraşdırılmış şarj aparatlarının sayı 200-ü keçib: "İlin sonuna qədər bu rəqəmin artması planlaşdırılır. Hazırda elektrikli avtomobillərin infrastrukturu ilə bağlı aidiyyəti qurumlar və özəl sektor tərəfindən işlər aparılır. Əvvəllər elektromobillərlə bölgələrə səfər etməyə qorxub çəkinirdiksə, indi rahatlıqla gedə bilirik. Çünki şarj stansiyaları ilə bağlı problem olmayacaq. Biz assosiasiya olaraq avqust ayında elektrikli avtomobillərin böyük bir karvanı ilə Nabrana yürüş etdik. Əyani olaraq göstərdik ki, bir dəfə şarj etməklə, Bakıdan Nabrana gedib, qayıtmaq mümkündür. Həmçinin Qəbələ istiqamətinə də yürüş planlaşdırırıq. Bununla da sübut edəcəyik ki, elektromobillərlə rahatlıqla dağlıq yollara, uzaq məsafəyə getmək mümkündür".

Avtomobildə hansısa problem yarandıqda...

Məlumdur ki, elektrikli avtomobillərlə bağlı sürücüləri narahat edən ikinci məqam ehtiyat hissələrinin azlığı, ixtisaslı usta çatışmazlığıdır. Mütəxəssis bildirir ki, avtomobili rəsmi nümayəndəlikdən aldıqda, onun ustası da, zəmanəti də, ehtiyat hissəsi də olur: "Amma tanımadığınız şirkətlərdən, fərdi şəxslərdən aldıqda, avtomobilin servisə ehtiyacı olan vaxt nə ustasını tapacağıq, nə zəmanət verənini, nə də ehtiyat hissələrini. Çünki avtomobillər müxtəlif növlərdə bazara daxil olur. Bəzən görünüş, marka eynidir, amma onun 2-3 versiyası ola bilər. Bir çox hallarda avtomobildə sıradan çıxan detal məhz bu fərqliliklə bağlı olur. Ona görə də avtomobili rəsmi idxalçıdan almaq məsləhətlidir. Bu zaman avtomobildə hansısa problem yarandıqda, döyüləcək qapını tanıyırsınız. Düzdür, rəsmi idxalçılarla fərdi satanlar arasında qiymət fərqi var. Amma biz artıq pul ödəməklə gələcəkdə yarana biləcək hadisələrdən özümüzü sığortalaya bilirik".

Vətəndaşda elektromobil almağa güvən yaranır

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu ilin ilk səkkiz ayı ərzində ölkəyə daha çox elektromobil gətirilib: "Məlumdur ki, ölkədə elektromobillərin idxalına hər hansı gömrük və vergi rüsumu tətbiq edilmir. Bu gün siz ölkəyə 50 min manat civarında elektromobil gətirdikdə, təxminən, 300 manat rüsum ödəyirsiniz. Bu, həm fərdi avtomobil gətirən vətəndaşlar, həm də hüquqi şəxslər, sahibkarlar üçün olduqca sərfəlidir. Əvvəllər elektromobillər daha çox qeyri-rəsmi gətirilirdi və rəsmi xidmət mərkəzləri olmurdu. Artıq bunlar rəsmi diler və distributorlar tərəfindən gətirilir, bu da özlüyündə vətəndaşda elektromobil almağa güvən yaradır".

İlin sonuna qədər ən azı 500 enerjidoldurma məntəqəsi olacaq

Enerjidoldurma məntəqələrinin sayına gəldikdə isə, mütəxəssis bildirir ki, bu məntəqələrin yaradılması üçün lazım olan avadanlıqlar da dövlət tərəfindən idxal zamanı rüsumlardan azad edilib: "Bu da sahibkarlar üçün fürsətdir ki, bu avadanlıqları gətirsinlər və enerjidoldurma məntəqələrinin sayını artırsınlar. Bu gün 300-ə yaxın enerji doldurma məntəqəsi var, onun təxminən 200-ü dövlət tərəfindən quraşdırılıb, qalanlarını isə özəl qurumlar özləri təşkil edirlər. Bu say durmadan artır. Hər gün "Azərişıq" tərəfindən ən azı bir enerji doldurma məntəqəsi quraşdırılır. Düşünürəm ki, bu ilin sonuna qədər ölkə üzrə ən azı 500 enerjidoldurma məntəqəsi olacaq. Elektromobillərin sayı enerjidoldurma məntəqələrinin sayına mütənasibdir. Bu o deməkdir ki, enerjidoldurma məntəqəsi nə qədər çox olacaqsa, elektromobillərin sayı da bir o qədər artacaq".

Elektromobil almaq üçün iki əsas şərt

Mütəxəssis də təsdiqləyir ki, elektromobil istifadəçilərinin bəzilərinin şikayəti ehtiyat hissələrinin və ustasının olmaması ilə bağlıdır: "Bu da ondan irəli gəlir ki, bizim vətəndaşlar bəzən ölkədə rəsmi dileri fəaliyyət göstərməyən elektromobilləri alırlar. Bu zaman əlbəttə ki, onların nə ustası olur, nə də ehtiyat hissəsi. Ona görə də biz vətəndaşlarımıza tövsiyə edirik ki, ölkədə rəsmi servisi olan və Avropa standartlarına cavab verən, yəni Avropa üçün istehsal olunan elektromobilləri alsınlar ki, təmir zamanı hər hansı problem yaşamasınlar. İkinci əsas məqam odur ki, elektromobil alarkən çalışmaq lazımdır onun zəmanəti olsun. Vətəndaşlarımız bu iki əsas şərtlərə əməl etsələr, problem yaşamazlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 955   Tarix: 03 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr