Qayınata gəlinini sevgilisi ilə tutdu - Samuxdakı qətlin DETALLARI

Qayınata gəlinini sevgilisi ilə tutdu - Samuxdakı qətlin DETALLARISamux rayonunda 2001-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqarı (adlar şərti verilib - red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ceyhun ötən il noyabrın 9-da saat 16 radələrində Samux rayonunun kəndində toy məclisində spirtli içki qəbul edib. O, toy mağarının qarşısında dayanarkən 1986-cı il təvəllüdlü həmkəndlisi Vüqarın arvadı Nazlı ilə toydan çıxaraq getdiklərini görüb.

Ceyhun toy mağarından çıxan ər-arvadın arxasınca düşüb. Mağardan 60 metr məsafədə Vüqarı bıçaqla hədələyib, ona nalayiq söyüşlər söyüb.

Daha sonra öldürmək məqsədilə Vüqarı münaqişəyə cəlb edib, əlbəyaxa dava zamanı onu bıçaqlamaq istəyib. Vüqarın qaçmaq cəhdinə baxmayaraq, arvadının gözü qarşısında ona bıçaqla zərbə vurub. Vüqar aldığı xəsarətdən ölüb.

"Üzrlü saymağımı xahiş etdi"

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisə baş verməzdən 7-8 ay əvvəl mərhum Vüqarın qapılarının qarşısından keçib: "Həmin vaxt Vüqarın atası mənə gəlini Nazlının yanına nə üçün gəldiyimi soruşub öz evinə girdi. Halbuki mən Vüqargilin evinə getməmişəm. Sadəcə Vüqarın yaşadığı evin həyətinin qarşısından keçmişəm. Kənd yeri olduğundan evlərin qapıları bir-birlərinə yaxın olur.

Bundan əvvəl Vüqar iş yerində mənim yaxşı oğlan olmamağım barədə ifadələr işlətmişdi. Bu söhbətə görə Vüqarın evinə gedib ondan nə pis şey etdiyimi soruşdum. O mənə yaddaş problemi olduğunu və dediklərinə görə üzrlü saymağımı xahiş etdi".

"Gəlinləri ilə intim münasibət saxladığımı deyirdilər"

Ceyhunun ifadəsinə görə, bir neçə gün sonra kənddə əsgər qonaqlığı olub: "Orada iştirak etdim. Qonaqlıqdan çıxanda Vüqar öz evində çay içməyimizi təklif etdi. İçkili olduğumdan gedə bilməyəcəyimi desəm də, Vüqar təkid etdi. İçkili olduğum üçün evlərində qaytardım. Bu hadisədən sonra Vüqarın kənddə mənim onun evində qaytardığımı dediyini eşitdim. Bu səbəbdən aramızda yenə söz-söhbət yarandı. Vüqargilin əlindən kəndə gələ bilmirdim. Mənə gəlinləri Nazlı ilə aramızda intim münasibət olduğunu deyirdilər. Lakin elə şey olmamışdı.

Bir dəfə avtomobillə kəndə gələndə Vüqarın anası məni daşladı, əlində yaba ilə hədələdi. Buna görə, Mingəçevir şəhərinə gedərək 3-4 ay bibimgildə qaldım. Oradan işləmək üçün Laçın rayonuna getdim.

Laçından qayıdandan sonra atam evdə olmadığından onun əvəzinə toya getdim. Pul yazdırıb mağarın qarşısında dayananda Vüqar məndən nə üçün arvadına baxdığımı soruşdu. Mən də Nazlıya baxmadığımı, mənimlə Nazlının adına söz çıxardığını söylədim.

Dedim ki, arvadını atası evinə qoymuşdun, sonra geri gətirdin, yaxşı kişi olsaydın, bu cür etməzdin. Aramızda yenə söz-söhbət yarandı və mağardan çöldə dalaşdıq. Vüqar məni vurdu, mən də yıxıldım. Daha sonra özümü qorumaq üçün onun qoluna bir bıçaq atdım. Lakin bıçaq ürək nahiyəsinə dəydi. Mən Vüqarın ölməsini istəməmişəm".

"Nə üçün ailəsini dağıtdığımı soruşdu"

Təqsirləndirilən şəxs daha sonra bildirib ki, kənddə Nazlı ilə münasibətdə olması barədə söz-söhbəti Vüqarın atası Ramil yayıb:

"Bu barədə Ramil mənim atama da demişdi. Lakin atam bununla bağlı mənə heç bir söz söyləməmişdi. Bunları Mingəçevirdən qayıtdıqdan sonra bildim.

Ramil mənim evlərinin qarşısında görərək gəlini Nazlı ilə gəzdiyimi dedi. Lakin Vüqarın özü mənə bu barədə heç nə deməyib. Vüqarla aramızda Nazlı ilə bağlı söz-söhbətə görə dava olmayıb. Nə mən, nə də Vüqar biri-birimizdən polisə şikayət etmişik.

Atası Ramilin sözlərindən sonra Vüqar arvadı Nazlını atası evinə qoydu. Bundan sonra mənə zəng edərək nə üçün ailəsini dağıtdığımı soruşdu. Mən isə belə bir şeyin olmadığını dedim. Bildiyimə görə, Vüqarla Nazlı boşanmaq üçün məhkəməyə də müraciət etmişdilər.

Nazlı ilə aramızda münasibət olmasından nə üçün şübhələndiklərini bilmirəm. Nazlını kənd sakini kimi tanımışam".

"Adıma söz çıxardıqlarını dedim"

Ceyhun qeyd edib ki, Vüqar bir qədər sonra arvadı Nazlını evlərinə qaytarıb: "Əgər münasibətimiz olsaydı, Vüqar Nazlını yenidən evlərinə qaytarmazdı".

Ceyhunun ifadəsinə görə, bir dizi üstə yerdə üzbəüz Vüqarla dayanıblar: "Vüqar yerdən daş götürərək kürəyimə, ardınca yumruqla qulaq nahiyəmə vurdu. Kürəyi üstə yerə yıxıldım. Vüqar üzərimə çıxaraq məni vurdu. Özümü qorumaq üçün gödəkçəmin cibində bağlı olan bıçağı çıxardım, qol nahiyəsindən vurmaq istədim. Lakin sonra bildim ki, bıçaq onun ürəyindən dəyib.

Vüqarı bıçaqla vurduqdan sonra arvadı Nazlı qışqırdı. Mən qorxduğum üçün evə qaçdım.

Üzərimdəki adi cib bıçağı idi. Onu Laçın rayonunda işləyən zaman döyüş bölgəsi olduğu üçün üzərimdə gəzdirirdim. Mən Vüqara bir bıçaq xəsarəti yetirmişəm. Öldürmək fikrim olsaydı, ona bir yox, on-on beş bıçaq vurmuş olardım.

Hadisədən dərhal sonra oradan qaçdım. Bıçağı məktəbin yaxınlığında suya atdım. Həmin yerə baxış keçirilsə də, bıçaq tapılmadı".

"Gəlini güdməyə başladım"

İş üzrə zərərçəkmiş Vüqarın hüquqi varisi qismində ifadə verən atası Ramilin sözlərinə görə, kənddə Ceyhunla Nazlı arasında münasibət haqda söz-söhbət eşidib: "Bundan əvvəl kənd icra nümayəndəsi mənə bildirdi ki, iki dəfə Ceyhunu yanına çağıraraq camaatın evini dağıtmamağı tapşırıb, daha sonra Ceyhunun atası Xəlilə oğlunun etdikləri barədə danışıb, oğluna nəzarət etməli olduğunu bildirib.

Kənd icra nümayəndəsi sözünün keçmədiyini dedi. Mən Vüqarın evini güdməyi qərara aldım. 2023-cü ilin mayın 29-da və ya 30-da evi güdsəm də, Ceyhunu görmədim".

Ramil qeyd edib ki, iyunun 2-də axşam yenə Vüqarın evinin qarşısında olan təndirin yanında gəlini Nazlını güdüb: "Gəlinim və nəvəm Çinarə də evdə idi. Televizorun işlədiyini gördüm. Gizləndiyim yer kölgə idi, hava qaranlıq olmasına baxmayaraq, ətraf aydın seçilirdi. Bu zaman evdə telefona zəng gəldi və 12 yaşlı nəvəm evdən çıxaraq anası Nazlını çağırdı.

Nazlının evdə olduğunu fikirləşdim, amma o, evin qarşısında olan tikilidən çıxdı. Mən Ceyhun gəlsə, görəcəyimi düşündüm.

Nazlı çıxandan sonra Çinarə anasına bir nəfərin sabah onu işləməyə çağırdığını dedi. Bu vaxt Ceyhun evin qarşı tərəfindəki tikilidən çıxaraq qaçdı və dayandığım yerin yaxınlığındakı təndirin arxasında gizləndi. Nazlı nəvəm Çinarəyə sabah işi olduğunu dedi".

"Gəlinimlə birlikdə tutduğumu dedim"

Ramil bildirib ki, daha sonra nəvəsi Çinarə evə girib, gəlini Nazlı isə Ceyhunun yanına qayıdıb, onun qarşısında paltarını aşağı çəkib: "Bunu görəndə "nə edirsiniz, sizi öldürəcəyəm" dedim. Ceyhun qaçdı, Nazlı isə evə keçdi.

Nazlının yanına gedərək dedim ki, üç gündür sizi güdürəm, hazırlaş, ata evinə gedəcəksən. Daha sonra Nazlının atasına zəng edərək olanları danışdım. Atası Nazlını evlərinə göndərməyimi istədi. Oğlum Vüqara da baş verənləri danışdım.

Səhəri gün tezdən Ceyhungilə getdim. Ata-anası qarşıma çıxdı. Onlara Ceyhunla Nazlını hansı vəziyyətdə tutduğumu söylədim. Ceyhunun atası nə üçün elə oradaca oğlunu öldürmədiyimi, nəsillərində elə xarab adamın olmadığını dedi.

Ceyhun qaçdıqdan sonra həmkəndlim Əfsənin yanına getdim. Ona Ceyhunla Nazlının birlikdə tutduğumu dedim".

"Pəncərədən evə gəlib-gedirmiş"

Ramilin ifadəsinə görə, daha sonra evə qayıdıb, oğlu Vüqar boşanmaq üçün məhkəməyə müraciət edib: "Lakin Nazlının oğlumdan əvvəl məhkəməyə müraciət etdiyini bildik.

Boşanmalarına az qalmış oğlum Çinarənin anasız böyüməsini istəmədiyindən Nazlı ilə barışaraq onu evə gətirdi. Nəvəm Çinarə mənə sonradan Ceyhunun nərdivanla pəncərədən evə gəlib-getdiyini dedi.

Hadisə günü mən də toya getmişdim, Ceyhunun oraya gəldiyini görmüşdüm. Onun əlində bıçaq vardı. Bıçaqla almanı dörd yerə bölərək yanındakı Yasinə verdi.

Yasin yemək istəmədiyini dedikdə Ceyhun bunun mənası olduğunu və bu bıçaqla bu gun kimisə həyatdan məhrum edəcəyini dedi. Mən Ceyhunun əlində bıçaq oynadaraq toya pul yazdırdığını da gördüm. Bundan sonra evə getdim.

Sonradan eşitdiyimə görə, oğlum Vüqar, Nazlı və nəvəm Samir mağardan çıxaraq evə getmək istəyiblər. Ceyhun bizi güdürmüş. O, Vüqara "dayan, səninlə işim var" deyib. Sonra qətl hadisəsi baş verib".

"Məni Ceyhunla tutması barədə söz-söhbət yaydı"

İş üzrə şahid qismində ifadə verən Nazlının ifadəsinə görə, Ceyhun bir-iki dəfə onlara, əri Vüqarın yanına gəlib-gedib: "Ceyhun ya həmyerli kimi Vüqarla söhbət etmək, ya da xarab telefonunu düzəltdirmək üçün gəlib.

Bir gün axşamüstü ərim Vüqar evdə olmayan vaxt Ceyhun gəlib Vüqarı çağırdı. Mən Vüqarın evdə olmadığını dedim. Bu məsələyə görə də qayınatam Ramil məni Ceyhunla birlikdə tutması barədə kənddə söz-söhbət yaydı. Həmin gecə uşaqlarımı əlimdən aldılar. Qayınanam, kürəkənləri və ərim məni döyə-döyə evdən qovdular.

Mən təxminən 4 ay atamın evində qaldım. Barəmdə Ceyhunla bağlı deyilməyən söz qalmadı. Hətta boşanmaq üçün məhkəməyə də müraciət etdim. Lakin Vüqar barışmağımızı xahiş etdiyindən boşanmadım, ər evinə qayıtdım. Daha qohumlardan heç biri məni danışdırmadı.

Hadisə günü mən ərimlə birlikdə dayım qızının oğlunun kiçik toy məclisinə getmişdim. Toyda ərim Vüqar Ceyhunu orada gördüyü üçün dayanmadı. Biz mağardan çıxaraq evə tərəf gedəndə Ceyhun əlində bıçaq arxadan gəldi. Onları ayırmaq üçün aralarına keçdim.

Vüqar yerdən böyük daş götürərək Ceyhunun kürək nahiyəsindən vurdu. Zərbənin təsirindən Ceyhun üzüaşağı yerə yıxıldı. Mən isə qışqırdım. Ceyhun yerə yıxıldıqdan sonra ərimlə yerdə süpürləşməyə başladı. Daha sonra Ceyhun Vüqara bıçaqla xəsarət yetirdi".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ceyhun 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2330   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Göygöldə 83 yaşlı kişi intihar edib

Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi

25 avqust 2021