Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi

Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildiYol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi məlumat yayıb.

İşin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad-Pirşağı şossesində baş verib.

Belə ki, "Kia Rio" markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90-100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn "Skoda Rapid" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Kia Rio" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, "Skoda Rapid" markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.

Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.

Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər. Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.

Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.

Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 180   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021